"Boz Qurd" simpoziumu başa catıb - FOTOLAR

Qərara alınıb ki, simpozium hər il bir Türk dövlətində keçirilsin

Bu gün İstanbulda Türk Ocaqları Mərkəzi Qərargahı və İlteriş Vəqfi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən "Türk Dünyasında 1- ci Boz Qurd Beynəlxalq Simpoziumu"nda son panellər və bağlanış törəni keçirilib. 

Sherg.az xəbər verir ki, Türk dünyasının ortaq dəyəri və milli simvolu olan "Boz Qurd" simpoziumunda Türk dünyasını əhatə edən 51 alim son iki gündə Boz Qurdun tarixi, mifoloji, etnoqrafik, bədii və sosioloji aspektlərini müzakirə etmək üçün bir araya gəlib, Türk Dünyasının bu ortaq simvolu ətrafında elmi müzakirələr aparıblar.

Bu gün simpoziumun bağlanış mərasimində iki gün ərzində Türk Dünyası alimlərinin  müxtəlif istiqamətli məruzələrinin əhəmiyyəti və bütövlükdə bu elmi akademik tədbirin dəyərləndirilməsi aparlıb , müxtəlif təkliflər səsləndirilib. Qərara alınıb ki, simpozium hər il bir Türk dövlətində keçirilsin. 

Qeyd edək ki, Azərbaycandan Simpoziuma türkoloq alim, professor Firudun Ağasıoğlu, Azərbaycan Türk Ocağı başqanı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və doktorant Nərmin Sadəddinli qatılıb.