Brüssel görüşü öncəsi TƏXRİBAT! – Yekun sülhə yol görünürmü? – ŞƏRH
Yusif Nəzərli
12:31 04.04.2022
Aktual
753
“Bu hadisələrin özü göstərir ki, indiki zamanda sülh əldə etmək mümkün deyil”
“Ermənistan bir tərəfdən sülh sazişinin gərəkliliyindən danışır, digər tərəfdən atəşkəsi pozur, separatçılar təşkil olunur, dəhlizi açmır, sərhəd müəyyənləşmir”
Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Yekun sülh məsələsi və Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gündəmdə olarkən, atəşkəsin yenidən Ermənistan tərəfindən pozulması hadisələrin gedişatı haqqında maraq yaradır.
Məsələni “Sherg.az”a şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, hazırkı vəziyyətdə sülh müqaviləsinin imzalanması real görünmür:
“Bu hadisələrin özü göstərir ki, indiki zamanda sülh əldə etmək mümkün deyil. Ermənistan bir tərəfdən sülh sazişinin gərəkliliyindən danışır, digər tərəfdən atəşkəsi pozur, separatçılar təşkil olunur, dəhlizi açmır, sərhəd müəyyənləşmir. Əlbəttə, bütün bunlar varkən, sülh sazişinin imzalanması real görünmür. Həmçinin, Brüsseldə liderlərin görüşü planlaşdırılır. Sözsüz, fikir mübadiləsinin genişlənməsi faydalıdır. Amma bu o demək deyil ki, biz yaxın müddətdə Ermənistanla tam sülh əldə edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm