"Bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq"- Səhiyyə işçisi Prezidentə yazır
16:58 26.04.2020
Aktual
565
“Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz biz səhiyyə işçilərini sevindirir".
Bu sözlər Balakən rayonundan səhiyyə işçisi Günel Xəlilovanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı minnətdarlıq məktubundandır.
Sherg.az xəbər verir ki, Günel Xəlilova məktubunda daha sonra yazır:
"Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox qürurlandırır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün hər cür lazımi şərait yaradılır. Balakən Rayon Mərkəzi Xəstəxanası artıq 1 aydır ki, zona üzrə pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hazırda COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müayinə və müalicəsi bizim xəstəxanamızda da davam etdirilir. Sevindirici haldır ki, sağalaraq evə yazılan xəstələrimiz də az deyil. Burada istər tibb personalı, istərsə də xəstələr üçün hər cür şərait yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub. Cənab Prezident, Sizin bu çətin və ağır vəziyyətdə Azərbaycanın səhiyyə işçilərinə göstərdiyiniz dəstək və qayğı sayəsində biz tibb işçiləri əzmlə, yorulmadan çalışırıq və bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz və bütün balakənlilər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz birlikdə güclüyük!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya