Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərilib 

Daha 3 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan Sherg.az-a verilən məlumata görə, ağır yaralanan daha 3 qazimiz - Xəlilov Saleh Aydınəli oğlu, Əliyev Qüdrət Məhəmməd oğlu və Babayev Orxan Səfər oğlu müalicə üçün Türkiyəyə yola salınıb.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.