Deputat: "Bu gün YAP Azərbaycan cəmiyyətinə, siyasi sisteminə daha bir yenilik gətirir"
Ayyət Əhməd
09:58 02.12.2019
Aktual
534
"Bu gün Azərbaycanın siyasi və parlamentarizm tarixində mühüm hadisə baş verib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin inkişafının daha da dərinləşdirilməsi üçün yeni şərait formalaşdırır. Azərbaycan cəmiyyətinin bütün sahələrində islahatlar davam edir, bu islahatlar ali qanunverici orqanını da əhatə etməlidir".
Bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputat ölkə başçısının BDU-nun 100 illik yubileyində çıxışını xatırladıb.
O deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız yaranana qədər Azərbaycanda tam mənada siyasi sistem yox idi:
“Siyasi sistemə daxil olduğu gündən YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət, əxlaq və davranış təqdim etməyi bacarıb. Bu gün öz tarixi ənənələrinə sadiq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir. Partiyamızın Siyasi Şurası tövsiyə edir ki, Prezident İlham Əliyevin islahat kursuna uyğun olaraq, parlamentdə də islahatlar həyata keçirilsin. Əgər inkişafımızın indiki mərhələsində qlobal və regional, milli inkişaf çağırışları ilə uzlaşan qərarlar qəbul edə bilməsək, bundan sonrakı inkişafımızı təmin edə bilmərik”.
Deputat qeyd edib ki, Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan islahatlara və rəhbərə inam əmsalına görə dünyada ilk onluqda yerləşir:
“Partiyanın Siyasi Şurasının tövsiyəsi ilə parlament yenidən xalqa doğru qayıdı. Xalqın inamını əldə etmək şansını qazanmaqla növbəti tarixi mərhələdə Milli Məclis yeni keyfiyyət mərhələsinə qədəm qoymağı bacaracaq. Partiyanın 1999-cu ildə keçirilən I Quryultayında cənab İlham Əliyevin YAP sədrinin müavini, 2013-cü ildə keçirilən qurultayda isə Mehriban xanım Əliyevanın sədr müavini seçilməsi, partiyamızın inkişafında yeni keyfiyyət dəyişiklikləri yaratdı. Bu gün YAP Azərbaycan cəmiyyətinə, siyasi sisteminə daha bir yenilik gətirir. Partiyanın Siyasi Şurasının məlum qərarı milli inkişaf çağırışları ilə uzlaşır. Bu qərarın nümunəvi tarixi qərar olacağını düşünürəm”.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya