
Dialoq, münasibətlər, inteqrasiya daha sıxlaşmalıdır -ŞƏRH
08:27 03.05.2024
Aktual
707
İnsanlar çox zaman siyasi, hərbi dildən daha çox mədəni dildə tez anlaşırlar
Mədəniyyət və dinlər insanları daha çox bağlayır, daha çox təsirə məruz qoyur
Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin görüşü keçirilib.
30-dan çox ölkənin dini liderlərinin iştirak etdiyi görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış ediblər.
Bakı görüşü öz işini “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar iclas ilə davam etdirib.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi müsbət haldır və ölkəmizin önəmini, əhəmiyyətini göstərir:
“Azərbaycan həqiqətlərini dünyaya bir daha çatdırır. Məlumdur ki, Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazisində olan çoxsaylı tarixi-mədəni abidələr dağıdılıb, təhqir olunub və mədəniyyətimizə zərər vurulub. Dini liderlərin Azərbaycana gəlməsi, əsasən də Şimali Qafqaz müftilərinin yüksək səviyyədə qəbul edilib fikir mübadiləsi aparılması dini dəyərlərə verilən dəyər, əsasən də regionda sülhün, ortaq mədəni və dini dəyərlərin inkişafına xidmət edir.
Bu cür toplanışlar mütəmadi hal almalıdır. Çünki din sahəsində bəzən boşluq tapanlar radikalizm, ekstremizm kimi fəaliyyətlərini yerləşdirməyə cəhd edirlər. Qafqaz xalqlarının dini liderləri ilə əsasən türk ölkələrinin dini liderləri ilə əlaqələr, dini, mədəni münasibətlər daha da sıx olmalıdır. İndiyəcən bəzi boşluqlar buraxılıb ki, indi bərpa olunmalıdır. Cənub qonşumuz ölkəmizdə dini auranı korlamağa, siyasi məqsədlərinə alət etmək məqsədilə etibardan sui-istifadə edərək cəhdlər edib. Madam ki, bizim iqtisadi, siyasi və digər əlaqələrimiz türk ölkələri ilə daha da etibarlıdır, əsasən dini və mədəni sahədə də o ölkələrlə sıx əlaqələr olmalıdır”.

İlahiyyatçının sözlərinə görə, dünyanın mədəni tərəqqisinə Azərbaycan böyük töhfələr verib tarixən, bu gün də verməkdədir:
“Azərbaycanın yetirdiyi elm və mədəniyyət adamları, şair və yazıçıları, tənqidçiləri bu gün də Qərbdə, dünyanın bir çox ölkələrində çap olunur, təbliğ və tədris olunur. Dini tolerantlıq nümunəmiz isə dünyaya, əsasən də müsəlman ölkələrinə ibrət, misal göstəriləcək dərəcədə sabitqədəmdir. İslamın yarandığı coğrafiyalarda mövcud olan bir neçə ölkədə dinlər, məzhəblərarası münaqişə hətta vətəndaş müharibəsinə qədər aparıb, milli birliyi pozub, hətta İraq kimi dövlətin işğalına gətirib çıxarıb. Fəqət Azərbaycanda tarixən mövcud olan dini, milli tolerantlıq bu gün dünyaya nümunə olaraq xarici təsirlərə baxmayaraq, heç zaman pozulmayıb, əksinə, daha da möhkəmlənib, daha da inkişaf edib. Mədəniyyətlərarası dialoq, münasibətlər, inteqrasiya daha sıxlaşmalıdır. İnsanlar çox zaman siyasi, hərbi dildən daha çox mədəni dildə tez anlaşırlar. Mədəniyyət və dinlər insanları daha çox bağlayır, daha çox təsirə məruz qoyur. Ancaq münasibətlər zəif olanda mədəniyyətlər arasında, dinlər arasında qütbləşmə, uzaqlaşma yaranır və mənfi məqsədlərə alət olur. Ona görə bu kimi tədbirlərin keçirilməsi və əsasən də Azərbaycanda keçirilməsi, hesab edirəm ki, ölkəmiz üçün çox önəmli, çox faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm