Dözülməz durum! – Bu uşaqların əməyi istismar olunur ! – Körpəlikdə köləlik!
Fidan Həmişəyeva
07:51 19.09.2020
Aktual
773
“Çoxlu sayda ailə təhsil almayan uşaq böyüdür”
“Bəzi ailələr uşaqlarını işləməyə göndərirlər. Onların məktəbdən məhrum edilməsi çox acınacaqlıdır”
“İcra hakimiyyətlərində və bələdiyyələrdə qadın məsləhət evi yaradılmalıdır”
Dövlət Statistika Komitəsi bu ilin altı ayında daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayını açıqlayıb. Komitədən bildirilib ki, bu rəqəm 2300 nəfəri təşkil edib. Gətirilənlərin 291-i qızlar, 2009-u isə oğlanlardır. Onların 860-ı 14 yaşadək, 1440-ı isə 14-17 yaşda olanlardır. Yetkinlik yaşına çatmayanların 338 nəfəri məşğulluğu olmayan, 342 nəfər isə təhsildən yayınanlardır. Eyni zamanda həmin şəxslərdən 22-si spirtli içki və başdumanlandırıcı, üçü narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər, 46 nəfəri valideyn himayəsindən məhrum olanlar, doqquz nəfər atılmışlar və ya imtina edilmişlər, 160 nəfər dilənçilik edənlər, 15 nəfər küçələrdə işləyənlərdir.
Uşaqların əməyinin istismarı və təhsildən yayınması hər zaman rast gəlinən hallardan biri olub. Təəssüf ki, bəzən belə neqativ məqamların yaşanmasında valideynlərin də rolu böyük olur. Bu baxımdan müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Maraqlıdır, problemin həlli üçün hansı işlər görülə bilər?
Sualımızı cavablandıran hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bildirib ki, belə neqativ halları aradan qaldırmaq üçün tək çıxış yolu valideynlərin maarifləndirilməsi və onlarla söhbətlərin aparılmasıdır:
“Deyirlər ki, iqtisadi vəziyyət ağırdır və bəzi ailələr dolana bilmir. Ona görə də uşaqlarını işləməyə göndərirlər. Lakin uşaqların işləməsi bir yana, onların məktəbdən məhrum edilməsi çox acınacaqlıdır.
Yəni çoxlu sayda ailə təhsil almayan uşaq böyüdür. Düşünürəm ki, valideynlərlə müvafiq söhbətlər aparılmalıdır. Bu işi bələdiyyələr yerinə yetirə bilərlər. Hər zaman demişəm ki, bələdiyyələrin üzərinə böyük məsuliyyət düşür”.
N.Cəfəroğlu qeyd edib ki, icra hakimiyyətlərində və bələdiyyələrdə qadın məsləhət evi yaradılmalıdır:
“Belə evlər əsasən də bələdiyyələrdə yaradılmalıdır. Çünki hər bir kəndin bələdiyyəsi var. Orada qadın məsləhətxanası düzəldib, anaları çağırıb onlarla danışaraq başa salmalıdırlar ki, “sən uşağı indidən kasıblığa, köləliyə vadar edirsən”.
Demirik ki, bütün ailələr uşaqlarına ali təhsil versinlər. Amma uşaqların çalışmasını istəyirlərsə, heç olmasa, onlar dərzi və ya gözəllik salonunda işləsinlər. Küçələrdə kimsəsiz kimi istismar olunmasınlar. Bu zaman uşaq özünü daha çox azad hiss edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya