"Dünya bu sınağa hazır deyildi" - Niderlandda yaşayan soydaşımız
Sherg.az-a danışdı
Banuçiçək Kalbalıyeva
07:26 06.04.2020
Aktual
873
Bu günlərdə bütün ölkələrdə vəziyyət eynidir. Hökumət başçıları eyni təhlükə ilə - yeni tipli koronavirusla mübarizə üçün ciddi addımlar atırlar. Şəhərlərdə karanin tədbirləri görülür. Avropa ölkələrinin durumu daha ağırdır. "Sherg.az" a danışan həmyerlimiz Cavid Xəlilov deyir ki, iki ildir yaşadığı Niderlandın Eyndhoven şəhərində yoluxanların və ölənlərin sayı rekord həddə çatıb.
- Niderlandda sizin yaşadığınız şəhərdə hazırda vəziyyət necədir?
- Mən ölkənin Şimali Brabant bölgəsində yerləşən Eyndhoven şəhərində yaşayıram. Bölgə hazırda yoluxma və karantinə alınmış xəstələrin sayına görə birincidir. 17851 nəfərin testi pozitiv nəticə verib. Onlardan 6875-i müalicə olunur.
- Əhali pandemiya ilə bağlı nə düşünür?
- Əhali ilk vaxtlar məsələyə ciddi yanaşmırdı. Buradakı ilk yoluxmaların səbəbkarları İtaliyadan qış tətilindən gələnlər idi. Şimali Brabantda vəziyyətin kritik olması isə fevral ayının axırlarında burada keçirilmiş kostyum karnavalı idi. Çünki insanlar kütləvi toplaşdılar və xəstəlik yayıldı. Bir də əhalinin çoxu yaşlıdır. Onların oqranizmləri isə virusa müqavimət göstərə bilmir. Odur ki, indi hamı vəziyyətin nə qədər ciddi olduğunu başa düşür. Əksəriyyət qaydalara əməl edir. Ərzaq qıtlığı yoxdur. Ən böyük problem həkimlərin azlığıdır. Bu ərazidə yaşayanlar adətən sağlam olur, nadir hallarda xəstələnirlər.
- Koronavirusla bağlı şəxsən sizin fikirləriniz nədir?
- Dünya bu sınağa hazır deyildi. Xəstəliyin pandemiya səviyyəsinə çatmasında Çinlə yanaşı, ÜST- ün də təqsiri var. Daha çevik addımlar atılmalı idi. Məncə, xəstəlik bir az da davam edəcək. İqtisadi təsirlər isə uzun müddət özünü göstərəcək.
- Hökumət nə kimi izolyasiya tədbirlərini həyata keçirir?
- Niderland hökuməti restoran, kafe, kino və bu kimi kütləvi yerlərin hamısının fəaliyyətini dayandırıb. Təhsil müəssisələri də bağlanıb. Amma insanlar evlərdən çıxıb marketə getməkdə və ya yürüş etməkdə sərbəstdirlər.
- Əhali üçün hansı güzəştlər nəzərdə tutulub?
- Şirkətlərin çoxu evdən işləyir. Günəmuzd çalışanlar və indi işsiz qalanlara isə hökumət ciddi məbləğdə yardımlar edir.
- Azərbaycanlılara nə kimi tövsiyələriniz var?
- Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri bəyənirəm. İnsanları qaydalara əməl etməyə çağırıram. Çünki koronavirusla zarafat qorxuludur. Düzdür, təmizlik həmişə bizim üçün prioritet olub. Amma indi bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Düşünürəm ki, pandemiya bitdikdən sonra iqtisadi təsirləri davam edəcək. Bu səbəbdən də əhali gərək bədxərclik etməsin. Həm də kasıblara yardım etmək vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə