Dünya dini liderlərinin II Bakı Sammiti: Plenar iclasda nələr danışıldı?
Ayyət Əhməd
14:06 15.11.2019
Aktual
666
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti növbəti plenar iclasla işini davam etdirib. Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşenin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Əlcəzairin Ali Dini Şurasının sədri Bouabdellah Qlamallah dünya dini liderlərinə yaratdığı bu cür imkana görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün əsas mövzulardan biri də Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi və şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə bağlıdır.
Bouabdellah Qlamallah bildirib ki, insanlar ən qədim zamanlardan müxtəlif dinlərə mənsub olublar. Bu mənsubiyyət fikir ayrılığına gətirib çıxarmamalıdır. Birgəyaşayış, dözümlülük, qarşılıqlı anlaşma çox önəmlidir.
Yaponiyada fəaliyyət göstərən Zen Buddizm məktəbinin nümayəndəsi Azuma Aruşin Azərbaycana ilk dəfə 2017-ci ildə gəldiyini bildirib. Qonaq belə bir maraqlı görüşdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, İslam dini ilə bağlı elmi məqalələr yazdığını diqqətə çatdırıb. Azuma Aruşin dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb.
Fələstinin nümayəndəsi Mahmud Sidqi Alhabaş Bakı Sammitinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, buradakı çıxışların hər biri dialoqa səsləyir. Ona görə də bu Sammitdə səslənən fikirlərə ciddi diqqət yetirilməlidir.
Mardin-Diyarbəkir metrapoliti Saliba Özmen qeyd edib ki, dünyada sabitliyin bərpası çox önəmlidir. Bakı Sammitində dünyada sülhün, sabitliyin möhkəmlənməsi ilə bağlı vacib çağırışlar edilir və bu, böyük əhəmiyyətə malikdir.
Yepiskop Louka Əl-Khouri Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edib. O, həmçinin bu cür mötəbər tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. “Sammitin digər beynəlxalq tədbirlərdən fərqi odur ki, bu tədbir dinlər və sivilizasiyalar arasında sülhün möhkəmlənməsinə xidmət edir”, - deyə o əlavə edib.
Seneqal Prezidentinin dini işlər üzrə müşaviri Mənsur Niass dünya xalqlarına sülh, əmin-amanlıq arzularını çatdırıb. O qeyd edib ki, İslam dini dünya xalqlarını dostluğa və qardaşlığa dəvət edir. Sülh, sabitlik gələcək nəsillərin sağlam təfəkkürdə yetişməsinə təsir edən amildir.
Avropa Ravvinlər Konqresi İcra Komitəsinin üzvü İzhaq Dayan qeyd edib ki, Yer üzündə yaşayan bütün insanları bir ailənin üzvləri hesab etmək olar. Fikirlər fərqli ola bilər, lakin bu, insanlar arasında münaqişəyə səbəb olmamalıdır.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Məhəmməd Əl-Şammak bildirib ki, Bakı Sammiti dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təbliği üçün yaxşı platformadır. Biz bu imkandan istifadə etməliyik.
Özbəkistan müftisi Osman xan Alimov özbək və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, həmçinin hər iki ölkənin din xadimlərinin əməkdaşlığını qeyd edib.
İndoneziya Üləmalar Şurası Məşvərət Şurasının başçısı Məhəmməd Syamsəddin qeyd edib ki, Bakıda təşkil edilən bu Sammit dünya ictimaiyyəti üçün mühüm dialoq platformasıdır. Sammitdə dünyanın müxtəlif dini liderləri müzakirələr aparmaq imkanı qazanıblar.
Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Dünya dini liderlərinin II Sammitində bu cür önəmli müzakirələrin aparılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, bu gün fərqli dinlərə və millətlərə mənsub olan insanlar bir araya gələrək müzakirələr aparırlar. Bu, çox böyük əhəmiyyətə malikdir. Azərbaycan dövləti növbəti dəfə öz multikulturalizm siyasətini nümayiş etdirdi. Plenar iclas müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya