Dünyada koronavirusa yoluxanların sayı 3.4 milyona çatıb
07:44 03.05.2020
Aktual
453
Bazar səhərinə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3.4 milyona çatıb. Sputnik Azərbaycan bildirir ki, məlumatlar Cons Hopkins Universitetinin saytında dərc olunub.
Statistikaya görə, dünyanın 187 ölkəsində 3 421 834 nəfər yoluxub. Bunlardan 243,5 mini dünyasını dəyişib. Bir milyondan çox (1 092 715) adam isə sağalıb.
Koronavirusdan ən çox zərər görən ölkə ABŞ-dır (1,1 milyon nəfər). İspaniyada 213,4 min, İtaliyada 209,3 min, Böyük Britaniyada 183,4 min, Fransada 167,3 min adam koronavirusa yoluxub.
Hazırkı dövrədək Azərbaycanda 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya