ƏDV-nin ləğvi böyük mədəniyyət hadisəsi olacaq
Yusif Nəzərli
08:52 03.11.2021
Aktual
1186
Şahbaz Xuduoğlu: "Mən əminəm ki, bu qanun qüvvəyə minəndən sonra həm kitabların qiyməti ucuzlaşacaq, həm də kitab oxucularının sayı artacaq"
Milli Məclisdə kağızın, kitabın idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak ediblər.
Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq. Dinləmədə qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə bu prosesin uzun müddətdir getdiyini bildirən naşir, tərcüməçi-yazar. "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu qeyd edib ki, bir çox ölkələrdə kitablar üzərinə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) çoxdan ləğv olunub:
“Nəhayət ki, bizdə də prezidentin təşəbbüsü ilə bununla bağlı parlamentin müvafiq komissiyasına qanun layihəsi təqdim olundu. Və bu qanun layihəsi ilə kitab məhsullarının, kitab üçün istifadə olunan kağız məhsullarının üzərinə tətbiq olunan ƏDV ləğv olunacaq. Bu, kitabın təşviqi baxımından təqdirəlayiq addımdır. Mən əminəm ki, bu qanun qüvvəyə minəndən sonra həm kitabların qiyməti ucuzlaşacaq, həm də kitab oxucularının sayı artacaq, yazıçılıq, yazmaq sənəti stimullaşacaq. Bir kitabın satış qiyməti 20 faiz aşağı aşağı düşəcəksə, deməli, oxucu istədiyi bir kitabı daha asan əldə etmək və oxumaq imkanına sahib olacaq”.
Naşir bütün bunları nəzərə alaraq bu addımın böyük mədəniyyət hadisəsi olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol