"Epidemiya bu gün dünyada ciddi fəsadlar törətməkdədir" - Siyasi şərhçi
Turan
08:53 02.04.2020
Aktual
947
"Bu gün bəşəriyyət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya ilə üz-üzə qalıb. Virusun yayılması, hətta süni şəkildə yaradılması barədə də müxtəlif iddialar mövcuddur".
Bu fikirləri "Sherg.az"a açıqlamasında araşdırmaçı-jurnalist, siyasi şərhçi Anar Turan bildirib.
O qeyd edib ki, müəyyən siyasi ekspertlər bu pandemiyanın dünya iqtisadiyyatında böyük kataklizmlər yaratmaq, dövlətləri, xalqları qorxuya salmaq, asan idarəetmək və s. pərdəarxası planlarını həyata keçirmək üçün süni şəkildə yaradıldığını iddia etsələr də, əksər səhiyyə mütəxxəssisləri bu virusun yarasalarda və bir sıra sürünən heyvanlarda hər zaman olduğunu əsaslandırırlar. Fakt odur ki, hansı səbəblərdən yaranmasından asılı olmayaraq koronaviruslar ailəsinə aid edilən və COVİD-19 adlanan insan həyatına təhlükə törədən yeni epidemiya bu gün dünyada ciddi fəsadlar törətməkdədir. Dünya tarixində müxtəlif dövrlərdə vəba, taun, ispan qripi, suçiçəyi və milyonlarla insanın ölümünə səbəb olan digər epidemiyalar, xəstəliklər mövcud olub. Lakin bu xəstəliklər müəyyən bir ərazi arealını və ya hansısa materiki əhatə etmiş, nadir hallarda qlobal xarakter almışdır. Bu dəfə isə virus qlobal xarakter almışdır. Əvvəlcə Çini ağuşuna alan bu virus, İranda, daha sonra İtaliya və İspaniyada ciddi insan itkilərinə səbəb oldu. Hazırda bu ölkələrlə yanaşı ABŞ-da da həmçinin bu virusa yoluxanların sayı həndəsi şəkildə artmaqdadır. Dünyanın bütün ölkələrində artıq karantin rejimləri tətbiq olunub. Çünki əsasən hava-damcı yolu ilə keçən bu virus artıq hər bir ölkənin qapısını döyməkdədir".
A.Turan bildirib ki, ölkəmiz də bu siyahıda istisna deyil və ölkəmizdə də ciddi mübarizə tədbirləri görülməkdədir:
“Doğrudur, təəssüf ki, bizdə də virusa yoluxanların sayı artmaqdadır və hətta artıq vəfat edənlər də var. Lakin virusa yoluxub müalicə sayəsində sağalanlar da var. Düşünürəm ki, belə bir təhlükəli vəziyyətdə dövlətimizin əhali üçün tətbiq etdiyi müəyyən qadağalar, karantin rejimi təqdirəlayiqdir".
Ekspert əlavə edib ki, təəssüf ki, vətəndaşlarımızın bir çoxu qadağalara baxmayaraq karantin qaydalarını ciddi şəkildə pozurlar:
"Belə olan təqdirdə qadağalar daha da sərtləşdirilməli və tələbkarlıq artmalıdır. Çünki hər yoluxan bir nəfər potensial virus daşıyıcısıdır və ətrafında, ailəsində hər kəsi yoluxdurmaq imkanına malikdir. Bunun isə fəsadlarını düşünəndə həqiqətən faciəvi mənzərə ilə üz-üzə qala bilərik. Hətta ən inkişaf etmiş dövlətlər bu kabusun qarşısında aciz qaldığı bir dönəmdə dövlətimizi çətinliklərlə üz-üzə qoymaq yolverilməzdir. Virusun qarşısını almağınm ən optimal yolu məsafəli gəzmək, maska və spirtdən istifadə etmək, ciddi səbəb olmadan evdən bayıra çıxmamaqdır. Yəni kütləvi yerlərdən tamamilə təcrid olunaraq bu virusa qalib gəlmək olar. Bunu da hər bir vətəndaşımız maksimum dərəcədə etməli və ətrafındakılara da təlqin etməlidir. Bir şeyi anlamaq lazımdır ki, qoyulan qadağalar insanlarımızın sağlamlığı, həyatı üçün vacibdir. Bu bəladan qurtulmağın tək yolu qaydalara qarşı dözümlü davranış, və özünütərbiyədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət