Evdən çıxmaq üçün 20 milyon SMS göndərilib


 8103 icazə sistemi vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, gün ərzində təxminən 1 milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır. Agentlik rəhbəri qeyd edib ki, bu günədək 780 minə yaxın şəxsə iş üçün icazə verilib.