Fərid Şahbazlı: "Azərbaycanın bu sınaqdan üzüağ çıxdığını əminliklə söyləmək olar"
Turan
14:10 28.04.2020
Aktual
1383
“Cənab Prezident bütün açıqlamalarında Azərbaycanın sosial dövlət olduğunu bəyan edib”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Gənc fəal bildirib ki, sosial yöndə atılan bütün addımların, verilən qərarların mərkəzində Azərbaycan vətəndaşı dayanır:
“Pandemiyanın yayılması bu reallığı növbəti dəfə təsdiqlədi. Bütün dünya gördü ki, həqiqətən də Azərbaycanda həyata keçirilən sosial layihələrin yeganə məqsədi əhalinin rifah halının yaxşılaşdırılmasıdır. Çox qısa vaxt ərzində olduqca böyük vəsait hesabına başa gəlmiş sosial paketin hazırlanıb tətbiq olunması bunun əyani sübutu oldu. Əvvəlcə 200 min nəfər üçün nəzərdə tutulan 190 manatlıq iki aylıq müavinət cənab Prezidentin qərarı ilə 600 minə çıxarıldı. Aztəminatlı ailələrin övladlarının təhsil haqqları tamamilə dövlət tərəfindən ödənildi. Atılan bütün addımlar əhalinin pandemiyanın yaratdığı iqtisadi çətinliklərdən daha az itki ilə çıxmasına hesablanıb. Vurğulamaq lazımdır ki, dövlətin yardımları sadəcə aztəminatlı ailələr üçün nəzərdə tutulmayıb. Ümumən, pandemiyanın iqtisadiyyata mənfi təsirlərini və sahibkarlara dəymiş ziyanı azaltmaq məqsədilə dövlət qısa zamanda hazırlanan plana əsasən əsaslı yardım və güzəştlər etdi”.
F.Şahbazlının sözlərinə görə, bu addımlar bir daha Azərbaycanı sosial dövlət modeli kimi dünyaya tanıtdı:
“Əksər inkişaf etmiş dövlətlərin düşdüyü vəziyyəti nəzərə alsaq, Azərbaycanın bu sınaqdan üzüağ çıxdığını əminliklə söyləmək olar. Şübhəsiz ki, bütün bu nailiyyətlərin memarı cənab İlham Əliyevdir. Ölkə rəhbəri mühüm qərarları ilə yanaşı xalqa çağırış da etdi və nəticədə xalq səfərbər oldu. Minlərlə insan Koronavirusla Mübarizə Fonduna vəsait köçürdü. Dövlət başçısının çağırışından ilham alan vətəndaşlarımız aztəminatlı ailələrə yardım etdilər. Əsl həmrəylik nümayiş olundu və xalq-dövlət vəhdəti bir daha sərgiləndi. Dövlət xalqın yanında olduğunu, xalq da dövləti dəstəklədiyini göstərdi. Pandemiya Azərbaycanın gücünü bir daha meydana çıxartdı. Prezidentin öz xalqına olan yüksək münasibətini növbəti dəfə müşahidə etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya