Fuad Babayev: "Koronavirus cəhənnəmə vasil olacaq"
Banuçiçək Kalbalıyeva
16:21 09.04.2020
Aktual
1240
Son vaxtlar hamı koronavirus pandemiyasından danışır, onun gətirdiyi fəsadları müzakirə edir. 2020-ci il, doğrudan da, o qədər uğurlu olmadı. Özü ilə xəstəlik, ölüm gətirdi...
Azərbaycan da öz növbəsində bu fəlakətlə mübarizə aparır. Müxtəlif ictimai- siyası şəxslər camaata müraciət edir, insanları diqqətli, ehtiyatlı olmağa çağırır.
Tanınmış jurnalist, analitik Fuad Babayev "Sherg.az"a açıqlamasında ölkəmizin koronavirusa qarşı mübarizəsindən danışdı:
"Mən sıravi Azərbaycan vətəndaşıyam. Və əlbəttə bu ölkənin hər bir vətəndaşını düşündürən problemlər məni də narahat edir. Bu gün beyinləri məşğul edən əsas məsələ xəbər lentlərini demək olar ki, tamamilə zəbt etmiş pandemiya problemi olduğundan gün ərzində əsasən bu barədə danışırıq. Bu barədə düşünürük.
Dövlətimiz pandemiya ilə qətiyyətlə mübarizə aparır. Həkimlərimizin, hüquq-mühafizə orqanlarında çalışan insanlarımızın, jurnalistlərimizin, xalqa xidmət göstərən bütün görəvlilərin zəhməti itməyəcək.
Pandemiya özünəməxsus lakmus kağızı kimi bir çox məsələlərə aydınlıq gətirdi. Təfərrüatlara varmadan yalnız bir “epizod” üzərində dayanmaq istərdim.
Şəhərlərmizdən birindəki ərzaq mağazasında çəkilmiş foto diqqətimi cəlb etdi. Cürbəcür ərzaq məhsulları düzülmüş rəflərin üzərində elan vardı. Elanda yazılmışdı ki, ehtiyacı olanlar istədikləri ərzaq məhsullarını götürə bilərlər, imkanı olanlar isə nəsə alıb əlavə edə bilərlər.
Doğrusu, bu şəkil məni əməlli-başlı təsirləndirdi. Və indi mənim üçün doğma olan “Şərq”in dəyərli oxucuları ilə bir qənaətimi bölüşmək istəyirəm: Koronavirus cəhənnəmə vasil olacaq, özü də ümid edirəm ən yaxın gələcəkdə. Yaddaşlarda qalanlar içərisində bu şəklin xüsusi yeri olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə