"Generalın ordudan uzaqlaşdırılması xəbərinin müzakirəsini  düzgün hesab etmirəm”  - Aydın Mirzəzadə

“Azərbaycan Ordusunun Ordu Korpus komandanlarıının birinin vəzifədən azad olunması barədə xəbər yayıldı”.

“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat deyib ki, elə o andan başlayaraq komandanın niyə azad edilməsi ilə bağlı müzakirələr keçirilməyə başlandı: 

“Hesab edirəm ki, bəzi dövlət strukturlarının ali rəhbərlərindən başqa aşağı pillə vəzifə təsnifatı və o vəzifəni yerinə yetirənlər haqqında məlumat gizli olmalıdır. Həmçinin, bu tip məsələlərin müzakirəsini də düzgün hesab etmirəm”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub. General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb. General Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib. Müxtəlif medallarla təltif edilib. O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı təyin olunmuşdu.

Generalın ordudan uzaqlaşmaq qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif iddialar səsləndirilib.