“Ondan sonra ünsiyyətimiz kəsilib. Xəbər-ətər yoxdur. Soruşanda deyirlər ki, nəsə olsa, sizə bildirəcəyik. Narahat olduğumuzu başa düşmürlər. Yayılan xəstəlik bizi daha da qorxudur".
Girovların yaxınlarından SOS: “...itirə bilərik !” – Ailələri əndişədə...
Banuçiçək Kalbalıyeva
10:13 11.04.2020
Aktual
937
İradə Quliyeva: “Şahbazdan xəbər-ətər yoxdur. Soruşanda deyirlər ki, nəsə olsa, sizə bildirəcəyik”
Kurdoğlu Əsgərov: “Atamı itirə bilərik. Xəstədir, qocadır. Həm də hər gün onlara işgəncə, əzab- əziyyət verirlər. Xəstəlik də bir tərəfdən"
Dünyada sürətlə yayılan koronavirus pandemiyası Ermənistandan da yan keçməyib. Bu məqamda bizi narahat edən erməni girovluğunda olan soydaşlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun sağlıq durumudur. Onsuz da hər günləri əzab- əziyyətlə keçən həmvətənlərimizin vəziyyəti indi daha da ağırlaşa bilər. Digər tərəfdən isə onlar üçün narahat olan əzizləri, doğmaları var.
"Sherg.az" saytı olaraq şəraiti nəzərə alıb, girovların yaxınları, ailə üzvləri ilə əlaqə saxladıq. Aldığımız məlumat heç də ürəkaçan olmadı. Əksinə, bir vətəndaş kimi yaramıza duz basdı.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib ki, qardaşına sonuncu dəfə mart ayında məktub yazıblar:
“Ondan sonra ünsiyyətimiz kəsilib. Xəbər-ətər yoxdur. Soruşanda deyirlər ki, nəsə olsa, sizə bildirəcəyik. Narahat olduğumuzu başa düşmürlər. Yayılan xəstəlik bizi daha da qorxudur".
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da bildirib ki, koronanavirus pandemiyası yayıldıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin əlaqələrində də problem yaranıb:
“Girovların azadlığa buraxılması ilə ancaq bu qurum məşğul olur. Əgər vəziyyət belə davam etsə, yəni komitə onları diqqətdə saxlamasa, atamı itirə bilərik. Xəstədir, qocadır. Həm də hər gün onlara işgəncə, əzab- əziyyət verirlər. Xəstəlik də bir tərəfdən səhhətlərinə ağır zərbə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə