Gürcü analitik: “Zəngəzur dəhlizinin açılmalı olduğunu Ermənistanda çox yaxşı anlayırlar”
11:25 25.11.2021
Aktual
764
“Azərbaycan və Türkiyə üçün önəmli olan Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır. Hesab edirəm ki, Ermənistanda da bu koridorun açılmalı olduğunu çox yaxşı anlayırlar”.
Bunu Gürcüstanın “Kvira” mediaholdinqinin press klubunda “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Nikoloz Metreveli deyib.
Ekspertin sözlərinə görə, Ermənistanda bu dəhlizin həyata keçirilməsinə qarşı olanlar və revanşa meylli qüvvələr var:
“Fikrimcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır”.
N.Metreveli hesab edir ki, Zəngəzur koridorunun həyata keçirilməsinin Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
“Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq. Ölkənin tranzit rolunun kiçiləcəyi barədə proqnoz vermək tezdir, belə ki, bunun üçün ilkin zəmin yoxdur”, - deyə N. Metreveli bildirib. (report)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya