Adambaşına düşən ümüdaxili məhsulun həcmi də, orta aylıq əmək haqqı da yüksəkdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib ki, ölkədə yaşayış izni alanlar arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur. İlk pillədə isə Rusiya və Hindistan vətəndaşlarıdır "Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik olan və Gürcüstana qayıdanların olduğunu güman etmək olar", - Kobaxidze əlavə edib. Baş nazir qeyd edib ki, Gürcütanda 3 minə yaxın Azərbaycan vətəndaşı əmək miqrantı kimi qeydiyyata alınıb.
İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycandan Gürcüstana gedənlərin sayı çoxalıb. Həm orada yaşayış izni alanlarn, həm də əməkçi miqrant olaraq gedənlərin. Bu da 10-15 il əvvələ nisbətən bu ölkənin iqtisadiyyatının həddən artıq yaxşılaşmasıyla bağlıdır:
- Gürcüstanın iqtisadi vəziyyəti kifayət qədər yaxşılaşıb. Gürcüstanda həm orta aylıq əmək haqqı, təəssüf ki Azəbaycandakından yüksəkdir. Adambaşına düşən ümüdaxili məhsulun həcmi də, orta aylıq əmək haqqı da yüksəkdir, iqtisadi inkişaf tempi də yaxşıdır.