"Hər adamın yanına bir müəllim, bir tibb işçisi və ya bir polis qoymaq mümkün deyil" - Millət vəkili
07:34 12.04.2020
Aktual
698
"Karantin rejminə əməl edilməsi ilə bağlı xəbərdarlıq o vaxt lazımi effekt verə bilər ki, insanlar prosesə düşünərək, dərk edərək dəstək versinlər. Hər adamın yanına bir müəllim, bir tibb işçisi və ya bir polis qoymaq mümkün deyil.
İnsan elə öz sağlamlığının qeydinə qalmağı düşünsəydi, o halda kimsə narkotik istifadə etməz, siqaret çəkməz, spirtli içki içməz, qaydasız və faydasız yeməkləri mədəyə ötürməzdi. Bu bəladan xilasımız da sağlam mühakiməsi olan, prosesin mahiyyətini dərk edən insanların nümunəvi davarnışları ilə digərlərini məsuliyyətli davranışa sövq etməsindən asılıdır".
Bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. Deputat İki şahidi və ya iştirakçısı olduğu hadisəni misal gətirməklə fikrini izah etməyə çalışır:
"Dünən evin yaxınlığındakı mağazanın qarşısında veyillənən tanıdığım yoxsul bir adamın yeniyetmə oğlunu görmüşəm. Məni görən kimi əlindəki siqareti yerə atdı. Soruşdum ki, "ay oğul, belə təhlükəli vəziyyədə niyə boşuna çöldə veyillənirsən?". Cavab verdi ki, "dəfn üçün yalandan 5 saatlığa icazə almışam". Demək ki, fırıldağçılığın yolunu xeyli adam artıq tapıb. Dedim ki, "ay oğul, gəl sənə bir neçə kitab verim, otur evdə oxu". Düşündüm ki, Jül Vernin, yaxud Daniel Defonun kitablarından oxumaqla gününü daha maraqlı keçirə bilər. Dedi ki, "dayı, vallah hələ indiyədək bircə kitab da oxumamışam. Telefonla da oynamaqdan bezmişəm". Budur reallıq, gənclərimiz, hətta yaşlılar da həm də oxumaq vərdişi olmadığına görə, kütləvi savadsızlığa görə evdə qala bilmirlər.
İkinci hadisə ilə Bakıxanovda - tənha ahıllara baş çəkdiyimiz zaman bir ünvanı axtaranda qarşılaşdım. Beşmərtəbəli bir binanın həyətində yaxınlaşıb ünvan soruşduğum orta yaşlı bir kişi məni tanıdı və ünvanı izah edəndən sonra sitəm etməyə başladı: "Bu 190 manat bizi bir ay necə görəcək, bununla insan dolana bilər? Niyə səsinizi qaldırmırsınız?" Əlindəki siqaretin külünü barmağı ilə yerə çırpıb köks ötürən bu şəxsin davranışından hiss etdim ki, bir az da içkilidir. Söylədim ki, əlbəttə, 190 manat bir insanın indiki şərtlərdə normal yaşamı üçün yetərli deyil. Lakin dövlət bunu bütün evdə oturan və heç bir gəliri olmayan insanların minimum həyat şərtlərini qorumaq üçün edir. Anlayıram ki, sizlər dövlətdən məhz sizə görə daha çox fədakarlıq etməsini tələb edirsiniz və ya umursunuz. Bəs, siz özünüz kiçik bir fədəkarlığı özünüz üçün edə bilirsiniz ki, dövlətdən də bunu tələb edirsiniz? Adam bir az da sərt formada dedi ki, bundan artıq nə etməliyik? Deyiblər, evdə oturmuşuq da! Sakitcə fikrimi izah etməyə başladım: baxın siz siqaret çəkirsiniz, ayda ən azı 60 manatınız siqaretə gedir. İçki də içirsiniz, haradasa 30 manatınız da aradabir içdiyiniz arağa gedir. Doğrumu? İnsafən "aşağı-yuxarı elədir" deyib sözümü təsdiqlədi. Davam etdim: O halda 190 manatın avtomatik olaraq 90 manatı bəri başdan yoxa çıxacaq. İndi siz özünüzə aid kiçik bir fədakarlığı edib, siqareti və içkini ən azı bu ərəfədə tərgitmirsiniz, ancaq dövlətdən daha böyük fədakarlıq tələb edirsiniz? Fədakarlıq axı qarşılıqlı olmalıdır. Eyniylə sevgi kimi, şəfqət kimi...".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə