Hərb sahəsində YENİLİKLƏR:“Türkiyə modelinə uyğun yol xəritəsi...”
Yusif Nəzərli
12:12 26.11.2021
Aktual
913
Hərbçilərin iş saatı ilə bağlı yeni qaydalar müəyyən edilir. Qaydalar “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə görə, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həftəlik xidmət vaxtı 40 saatdan çox ola bilməz.Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək məqsədilə hərbi hissənin (bölmənin) günün nizam qaydaları ilə müəyyən edilir.
Eyni zamanda, qanun layihəsində hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq iki aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.
İkinci Qarabağ savaşından qalib ayrılan ölkənin, qalib hərbçiləri üçün müəyyən edilmiş bu qaydalar şübhəsiz ki, onlar üçün stimul olacaq. Bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a danışıb. O, müharibədən sonrakı dönəmdə hərbi qulluqçulara göstərilən diqqətin daha artırıldığını söyləyib. Bildirib ki, hərbçilərin statusu onların sosial məsələləri ilə bağlı sənədlər beynəlxalq aləmdə qazanılmış təcrübələr əsasında yenilənir:
“44 günlük müharibədən sonra bu istiqamətdə çox geniş təhlillər aparıldı. Hər bir sahədə inkişafın xüsusi önəmi var. Xüsusilə də hərb sahəsində. Bizdə bu yöndə inkişaf bir növ vətən müharibəsində qazanılan zəfəri təcəssüm etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyev ölkəmizdə Türkiyə modelinə uyğun Silahlı Qüvvələrin ordusunun yaranmasının yol xəritəsini cızıb”.
Ş.Ramaldanov qardaş Türkiyə ilə çox sıx əlaqələrimizin olduğunu və Türkiyə ordusunun silahlı qüvvələrində mövcud olan quruluşun, hərb sahəsindəki qaydaların bizdə də incələndiyini vurğulayıb:
“Həmin qaydaların ölkəmizə uyğun formasından təcrübədə istifadə olunur. Yeni qaydalar üzərində mütəxəssislər işləyib. Təkliflər əsasında da qəbul olunub”.
Polkovnik hərb sahəsində qəbul olunan qanunların məqsədindən söz açıb. Belə qanunların prinsip cəhətdən başlıca məqsədinin bu sahəni daha da məqsədyönlü şəkildə inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Sonda yeni qaydaların qazanılmış təcrübələrə və aparılmış təhlilərə söykəndiyini əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya