Hikmət Hacıyev: "Hər bir insan minanın potensial qurbanı ola bilər"
Yusif Nəzərli
10:35 02.12.2021
Aktual
424
“Mina problemi hələ də qalmaqdadır. İşğaldan azad olunan ərazilərdə mülki şəxslərlə yanaşı çalışanlar, hərbçilər də minaya düşür".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında mina problemi ilə bağlı məsləyə münasibət bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətinin növbəti nümunəsidir: "Eyni zamanda bu, mənfur siyasəti başqa vasitələrlə həyata keçirməsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaq və maksimum dərəcədə Azərbaycana mülki və hərbi insanları arasında ölüm hallarına nail olmaqdır. Minanın nə məqsədlə qoyulduğunu hər kəs yaxşı başa düşür. İnsanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq mina öz qurbanlarını gözləyir. Bu, bəzən də illər ərzində orada duraraq öz fəlakətli nəticəsini gözləyən dəhşətli faciədir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha da beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.
"Hər birimizi mina təhlükəsi gözləyir. Vətəndaşlarımızdan çox şey asılıdır. Vətəndaşlarımız işğaldan azad olunmuş əraziıərə gedəndə diqqətli olmalıdır. Hər bir insan minanın potensial qurbanı ola bilər”, -Hikmət Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm