Humanitar atəşkəs və ya düşmənə verilən sonuncu şans !
Fidan Həmişəyeva
13:47 10.10.2020
Aktual
575
“İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır”
Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatlarına cavab olaraq müzəffər ordumuz əks-əməliyyata başladı. Və son 13 gün ərzində əsgər və zabitlərimiz düşməni geri oturtmaqla yanaşı, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində böyüş rəşadətlər göstərdi. Cəbrayıl rayonu və bir neçə kəndi, Füzuli rayonunun bəzi kəndləri, Suqovuşan, Murov zirvəsi, Hadrut qəsəbəsi və kəndləri düşmən tapdağından azad olunub. Bir sözlə, bu gün ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Bu gün biz qılıncdan qələmə keçib, hərbi uğurlarımızı diplomatiya meydanında davam etdiririk. Azərbaycan hökuməti indiyə kimi münaqişənin sülh yolu ilə həlli üçün nə qədər çalışsa da, bu, mümkün olmadı. Reallıq da göz qabağındadır. İllərdir davam edən sülh danışıqları nəticəsizdir. Çünki Ermənistan tərəfi üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi. 13 günlük döyüşlərdən sonra döyüş meydanında məğlub duruma düşən Ermənistan öz nicatını Moskvada axtarmağa başladı və dünən Rusiyanın təşəbbüsü əsasında Moskva şəhərində Qarabağa dair ən uzun müddətli danışıqlar nəticəsində "Humanitar atəşkəs"lə bağlı bəyanat qəbul edildi.
Bəyanatı şərh edən millət vəkili Anar Məmmədov bildirib ki, humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır.Parlament üzvü vurğulayıb ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır:
“Bundan sonra Ermənistan yenə də öz işğalçı siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Buna görə də mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Ölkə başçısının da vurğuladığı kimi, təmas xətti deyilən anlayış yoxdur.
Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Lakin Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi. Ölkə başçısı Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi”.
Deputat qeyd edib ki, istər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır:
“Bununla da erməni tərəfi birdəfəlik dərk etməlidir ki, atəşkəs sülh deyil. Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə