İran şirkətləri işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirak edəcək

İran şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki layihələrdə iştirak edə bilər.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İranın XİN başçısı Hüseyn Əmir Abdullahianla keçirdiyi görüşdə İranın işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq imkanları müzakirə edilib.