“İsti yeməkləri, isti çayı xoşlayan millətik, bu, xəstəliklə mübarizədə bizə çox kömək edir"
- Həkim-allerqoloq
Banuçiçək Kalbalıyeva
15:08 14.04.2020
Aktual
880
Son 24 saat ərzində Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxan 49 yeni xəstə aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, 8 apreldə 105, 9 apreldə 104, 10 apreldə 65, 11 apreldə 67, 12 apreldə 40, 13 apreldə 50 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, 24 saatda 62 nəfər sağalaraq evə buraxılıb.
Məlum statistikanı “Sherg.az”a dəyərləndirən həkim-allerqoloq Şahvələd Məmmədovun fikrincə, sevinmək üçün tələsmək düzgün olmaz:
“Yoluxanların böyük əksəriyyətinin sağalması müsbət haldır. Amma hələ vəziyyətin yaxşılaşdığını demək olmaz. Çünki daşıyıcıların hamısını müəyyənləşdirmək mümkün deyil. Bir çoxu xəstəliyə yoluxduğunu bilmir. Bəziləri isə yaxma metodu ilə test verməkdən imtina edir. Həm də etiraf etməliyik ki, testin aparılma qaydasında da səhvlər ola bilər. Çünki bu xəstəlik yenidir”.
Ş. Məmmədov qeyd etdi ki, bir müddət keçdikdən sonra ölkədə yoluxanlarının sayının kəskin azalmasını müşahidə etmək olar:
“Azərbaycanlılar isti yeməkləri, isti çayı xoşlayırlar. Bu məqam xəstəliklə mübarizədə bizə çox kömək edir. Ümumiyyətlə, koronavirusun istiyə dözümü yoxdur. Müsbət 25 dərəcədə bu virus ölür. Bəziləri bunu qəbul etmirlər. Ancaq mən bu istiqamətdə ciddi araşdırmalar aparmışam. Odur ki, mayda vəziyyət xeyli düzələcək”.
Həkimin fikrincə, karantin qaydalarının sərtləşdirilməsi məqsədəuyğundur:
“Çünki bəzi insanlar hələ də vəziyyətin ciddiliyini başa düşmürlər. Xüsusilə gənclər məsələyə etinasız yanaşırlar. Belə olmaz. Məncə, qaydalar sərtləşdirilməlidir ki, insanlar sosial izolyasiya tələblərinə əməl etməyə məcbur olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya