Kamran Həsənli həyat yoldaşının maskasından istifadə edir - Həkim qınadı
Banuçiçək Kalbalıyeva
08:38 04.04.2020
Aktual
1048
Bütün insanlar kimi, teleaparıcılar da koronavirus pandemiyasından qorunmalı, profilaktik tədbirlərə əməl etməlidirlər. Çünki onlar hər gün efirə çıxır, qonaqlarla təmasda olurlar. Amma, görünür, tibbi maskadan istifadə qaydasını bilməyən teleaparıcılar da var.
Belə ki, “Minval. az” saytının aparıcılar arasında təşkil etdiyi sorğuda tanınmış şoumen Kamran Həsənlinin cavabı diqqət çəkib. O, apteklərdə tibbi maska tapmamaqdan gileylənərək həkim həyat yoldaşının tibbi maskasından istifadə etdiyini deyib.
Məsələ ilə bağlı “Sherg.az” a fikir bildirən həkim Şəmsiyyə Namazlı bunun yolverilməz olduğunu deyir:
“Tibbi maska individual xarakter daşıyır. Yəni bir maskadan ancaq bir nəfər istifadə edə bilər. Özü də bir neçə saat. Bütün günü maskada qalmaq düzgün deyil. Çünki insan nəfəsi maskada nəmişlik əmələ gətirir. Nəticədə infeksiyanın yayılması üçün münbit şərait yaranır. Ona görə də, əlbəttə, bir maskadan iki və daha çox şəxsin istifadə etməsi də düzgün deyil. Bir nəfərdə virus varsa, bunun həmin maskadan istifadə edən başqa adama keçməsi tam mümkündür. Çünki virus selikli qişada, yəni gözdə, burunda yayılır. Bir maskadan iki nəfərin istifadə etməsi virusun süni şəkildə yayılması deməkdir. Hətta adi qripdə də ətrafdan təcrid olunmaq lazımdırsa, koronavirusda təhlükə daha ciddidir. Odur ki, bir maskadan iki nəfərin istifadə etməyindənsə, istifadə etməmək daha yaxşıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə