"Karantin rejiminin yumşaldılmasını əsla arxayınlıq kimi qəbul etməməliyik" - Millət vəkili
Şəymən Bayramova
13:32 03.05.2020
Aktual
950
Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək. İctimaiyyət üzvləri də mövcud situasiyada karantin rejiminin uzadılmasını yeganə düzgün qərar kimi dəyərləndiriblər.
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik:
"Bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub. Hər kəs çox yaxşı xatırlayır ki, pandemiya başladıqdan etibarən Azərbaycan çox ciddi önləyici tədbirlər aldı və bunun nəticəsində hazırda vəziyyət tam nəzarət altındadır. Təkcə pandemiyanın təsirlərinin qarşısını almaq üçün deyil, eyni zamanda, postpandemiya mərhələsində həm sosial-iqtisadi problemlərin həlli, həm də iqtisadiyyatın yenidən dirçəldilməsi ilə bağlı kompleks tədbirlər görülür".
Millət vəkilinin tövsiyyəsibə görə, cəmiyyətin ortaq maraqları üçün sosial izolyasiya tədbirlərinə əməl edilməlidir:
"Virusun yayılması ilə bağlı ikinci dalğa təhlükəsinin real olduğu bir vaxtda arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət tək özümüsün yox, bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq. Əsla karantin rejimi qaydalarının yumşaldılması prosesini arxayınlıq kimi qəbul etməməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol