Kasetli bombalardan istifadə beynəlxalq qanunla qadağandır, amma ...
Fidan Həmişəyeva
13:53 29.10.2020
Aktual
669
“Amma kimsə bir kəlmə olsun demir ki, Ermənistan belə vandallıqlara əl atır”
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş ağır yaralanıb. Dinc vətəndaşlarımızın məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə susmağı seçirlər. Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır.
Beynəlxalq birlik Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmir. Ona görə də işğalçı dövlət terror əməllərini bilərəkdən, məqsədli şəkildə həyata keçirir. Məlumdur ki, kasetli bombalardan istifadə edilməsi beynəlxalq qanunla qadağan edilib. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar terrorçu Ermənistana hələ də “gözün üstə qaşın var” demək istəmirlər. Müharibə canisi Nikol Paşinyanın əmri əsasında həyata keçirilən cinayət əməllərinə göz yumurlar.
Beynəlxalq aləmin susqunluğunun səbəblərini “Sherg.az”a sadalayan “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov bildirib ki, əslində beynəlxalq qurumlar həqiqətin nə olduğunu yaxşı bilirlər. Professor vurğulayıb ki, söhbət məqsədli şəkildə başımıza gətirilən faciələrə lazımi və adekvat reaksiyaların verilməməsindən gedir:
“Deyə bilmərik ki, beynəlxalq ictimaiyyəti kifayət qədər məlumatlandırmırıq. Əksinə, haqq səsimizi dünyaya çatdırmaq üçün işlər görürük. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər.
İstər Gəncə, istərsə də Bərdədə törədilmiş müharibə cinayətləri beynəlxalq təşkilatların bəyanatlarında pislənilir. Amma kimsə bir kəlmə olsun demir ki, Ermənistan belə vandallıqlara əl atır. Düşmən ölkə dinc əhalimizi və mülki obyektlərimizi raket atəşinə tutur. Beynəlxalq təşkilatlar gedib Xankəndi və ya Şuşada balaca bir qəlpə görsələr, car çəkərlər ki, Azərbaycan Ermənistanın mülki obyektlərini vurur”.
G.Məmmədov beynəlxalq aləmin qərəzli mövqe sərgiləməsinin səbəbini də diqqətə çatdırıb:
“Burada müxtəlif səbəblər var. Əsas səbəb Azərbaycanın müstəqil siyasət aparmasıdır. Dünyanın əsas gücləri münaqişə vasitəsilə ölkəmizə və müstəqil siyasətimizə təsir göstərmək istəyirlər.
Lakin Azərbaycan dövləti və ordusu haqlı savaşından dönməyəcək”.
Oxşar xəbərlər
İsrailin "soyqırımı" qərarı bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq -ŞƏRH
19:11 28.06.2026
Tofiq Abbasov: “İran və ABŞ arasında gərginliyin arxasında üçüncü qüvvələr dayanır”
17:04 28.06.2026
Xəbər lenti
Hamısına bax
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı