Kişilər bütün günü evdədirlər: İndi qadınların işi daha çətindir - Psixoloq
Banuçiçək Kalbalıyeva
14:57 21.04.2020
Aktual
871
Koronavirus pandemiyası ilə əlaqədar elan edilən karantin rejimi bir çox ailələrin firavanlığına da təsir edib. Əvvəl "can" deyib, "can" eşidən cütlüklər indi yola getmir, mübahisələr edirlər.
Bu, bir tərəfdən koronavirusun gətirdiyi psixoloji gərginliklə bağlıdırsa, ikinci səbəb həmişə işə gedən ailə başçılarının, yəni kişilərin indi evdə olmalarıdır. Görünür, koronavirus artıq ailələri də üz-üzə qoyub.
Bununla bağlı "Sherg.az"a danışan psixoloq Vəfa Əkbər münaqişə ilə nəticələnən amilləri qeyd etdi:
"Əvvəla, onu deyim ki, birlikdə olmaq, cismən yaxınlıq hələ tərəflər arasında emosional bağın kifayət qədər olduğu demək deyil. Adətən münaqişəli ailələrdə tərəflər arasında emosional bağ lazımi səviyyədə inkişaf etmir, ya da heç olmur. Bu isə, necə deyərlər, birinin sözünün digərinin boğazından keçməməsi ilə nəticələnir. Həm də kişilər evdə qalmağa öyrəşmədikləri üçün darıxırlar. Buna görə də qadının işinə müdaxilə edir, "Niyə belə etdin?", "Niyə bunu ora qoydun?", "Nə üçün uşağa belə cavab verdin?" kimi suallarla onu qıcıqlandırırlar. Təbii ki, belə hallardan ən çox təsirlənən övladlar olur".
V.Əkbərin sözlərinə görə, indi qadınların işi daha çətindir:
"İşləyənlər cəmiyyətdən tədric olunduqları halda, evdar qadınlar indi evdə izolyasiyaya məruzdurlar. Uşaq dərsə, ailə başçısı işə getmir. Ona görə də qadın vaxtını əvvəlki kimi rahatlıqla bölüşdürə bilmir".
Psixoloq ailələrə məsləhət də verdi:
"Eyni evdə olmaq o demək deyil ki, tərəflər hər işi birlikdə görsünlər. Hərə öz işi ilə məşğul olmalı, sevimli hobbisiylə başını qatmalıdır. Elə təsəvvür etmək lazımdır ki, ev ofisdir. Dediyim kimi, hərə öz işinə köklənməli, ancaq səhər yeməyində, naharda və şam yeməyi zamanı bir araya gəlməlidirlər. Belədə ünsiyyət daha xoş olacaq, nəinki tərəflər bir- birlərinin dizinin dibindən ayrılmayanda. Yəni əvvəlki rutini pozmaq lazım deyil. Bununla yanaşı, gözləntilər də minimuma endirilməlidir. Hər xırda məqam üçün qarşı tərəfdən incimək, həddindən çox qayğı gözləmək düzgün olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya