Koronavirusun yaratdığı panika onun özündən qat-qat təhlükəlidir
Şəymən Bayramova
07:47 06.04.2020
Aktual
797
Koronavirus immuniteti zəif olan insanlara daha tez yoluxur və onlar bu xəstliyi digərlərinə nisbətən daha ağır keçirirlər. Bu səbəbdən həkimlər bu aralar daha çox imuniteti gücləndirmək üçün məsləhətlər verirlər.
Amma immuniteti zəiflədən səbəblərdən biri insanların daha çox stress altında, qorxu içində, panikada olmalarıdır. Bir tərəfdən pandemiya mühitinin yaratdığı qorxu, o biri tərəfdən insanların karantin rejimində yaşadıqları stress, digər tərəfdən sosial şəbəkələrdə əsası olan və olmayan xəbərlərin yayılması, eyni zamanda isə son günlər ictimai-siyasi həyatda yaşanan fərqli fikirli insanlar üzərində olan basqılar insanların ruh halına, dolayısı ilə imunitetinə təsir edir.
“Virtual Hospital” tibb qrupunun təsisçisi Müşfiq Bəbirov isə hesab edir ki, Koronavirusun yaratdığı panika onun özündən qat-qat təhlükəlidir. Panika, stress, qorxu, həyəcan immun sistemini zəiflədən amillərdir. Virusa qarşı isə yalnız güclü immun sistemi lazımdır:
“Virusun vahiməsi əksər insanlarda boğulma, təngnəfəslik yaradıb. Hər kəs özündə koronavirus olduğundan şübhələnir və dərin psixoloji sarsıntı keçirir. Bu da durduq yerdə nəfəs darlığı, boğulma, çətin nəfəsalma kimi əlamətlər verir. Ona görə də, neqativ xəbərlərdən uzaq durun. Lazım gəlsə sosial şəbəkələri telefondan silin. Neqativ xəbər yayan dostlarınızı blok edin. Bilin ki, statistika 80 faiz yüngül xəstələnmə göstərir. Əgər başınız qarışanda tənəffüs normal olursa və ya yalnız stresə düşəndə və xəstəlik barədə fikirləşəndə boğulma olursa, amma adi vaxtda olmursa bilin ki sizdə həyəcan və təşviş pozuntusu var. Tək bu əlamətlərlə CoVId 19 xəstəlik təyin olunmur. Hər gün 30 dəqiqə idman və tənəffüs hərəkətləri edin. Nəfəsinizi burunla alıb 10 saniyə saxlayın və ağızla verin. Bunu gündə 20-30 dəfə edin. Otağa qapanmayın. Balkona çıxın, həyət evidirsə həyətə çıxın. Bir sözlə açıq havada çox olun. Evin havasını hər gün dəyişin. Şəxsi gigiyenaya əməl edin. Evdən çölə məcbur qalmadıqca çıxmayın. Çıxsanız belə məsafə saxlayın və çöldə çox vaxt keçirməyin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə