Kremlin Qarabağda “B” planı:“...Gələcəkdə bu izin ardınca düşəcək” – Sensasion iddia
Yusif Nəzərli
07:37 30.11.2021
Aktual
897
“Rusiya bilir ki, əvvəl-axır hərbi kontingentini ərazidən çıxaracaq, ona görə də, öz izlərini kilsələrdə və ya başqa tikililərdə qoyur”
“Məqsədə gəlincə, düşünmək üçün əsaslar var ki, Rusiya “B” planı kimi bu ərazilərə gələcəkdə rus əhalinin köçürülməsini və ya rus iş adamlarının gəlişini təmin etmək istəyir”
“Rusiyanın bölgədəki münaqişələri və ya mübahisəli məsələləri tənzimlənməsi üçün tətbiq etdiyi metodların “şifrələri” siyasi rəhbərliklərin də, ekspert çevrələrinin də ortaq mövqeyində görünə bilər.
Təbii ki, siyasi rəhbərlik deyə bilmədiklərini media vasitəsilə tirajlayır və ekspertlər də buna uyğun olaraq siyasi gedişatları “oxuyurlar””.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki,
Moskvadakı “soyuq başlar” SSRİ-nin süqutuna gətirən yolda gələcək üçün böyük strateji “bombalar” hazırladılar, söhbət münaqişə ocaqlarının yaradılmasından və Rusiyaya bundan təzyiq yaratmaq üçün istifadə etmək fürsətlərinin təqdim edilməsindən gedir:
“Yalnız Qarabağ münaqişəsi postsovet məkanı üçün presedent oldu, münaqişənin həll edilməsi əslində qlobal lövhədə qaçılmaz zərurət halını almışdı, bu barədə bir neçə dəfə yazımız olub.
Yeni dünya nizamının formalaşması Rusiyanı da mübahisəli məsələlərə münasibətdə redaktələrə təşviq edir.
Biz bunun ştrixlərini Qarabağ müharibəsindən sonrakı periodda görürük. Nəyə vurğu edirik?
İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə regiona daxil oldu, bu, Moskva ilə Ankaranı qarşılıqlı şəkildə münasibətlərini yeni formata salmağı aktuallaşdırır”.
Ekspert hesab edir ki, Rusiya üçün keçmişdən gələn “yarat və idarə et” prinsipi hələ də arxa planda deyil, amma bu metod indi fərqli şəkildə təzahür edir:
“Azərbaycan ərazilərində müvəqqəti (rəsmi belə deyilir) yerləşdirilmi. Rusiya sülhməramlı kontingentinin bəzi narazılıq yaradan hərəkətlərində Kremlin “addım səsləri”ni eşitmək olur.
Rusiya sülhməramlılarının10 noyabr bəyanatında təsbit edilən funksiya və mandatdan kənara çıxmalara yol verməsi zamanla Bakının da narazılığına səbəb olub, amma son rəsmi mövqelərdən aydın olur ki, etirazlar fayda verib, ona görə də, Bakının narazılığı hazırda razılıqla əvəzlənib.
Ancaq Rusiya sülhməramlılar vasitəsilə yeni özəklər yaradır, bu özəklər Kremlin “B” planıdır.
Bunun kodlarını açmağa çalışsaq, belə fikir yürütmək olar ki, Rusiyanın sülhməramlıları yerləşdirdiyi ərazilərdə həyata keçirdiyi bəzi tikinti işləri ermənilərin yox, məhz birbaşa Kremlin öz maraqlarına xidmət edir.
Rusiya bilir ki, əvvəl-axır hərbi kontingentini ərazidən çıxaracaq, ona görə də, öz izlərini kilsələrdə və ya başqa tikililərdə qoyur və gələcəkdə bu izin ardınca düşəcək.
Məqsədə gəlincə, düşünmək üçün əsaslar var ki, Rusiya “B” planı kimi bu ərazilərə gələcəkdə rus əhalinin köçürülməsini və ya rus iş adamlarının gəlişini təmin etmək istəyir.
Çünki Rusiya bu ərazilərdən əlini tam çəkəsi deyil, bu, real görünmür, ona görə də rıçaqları başqa formada saxlamaq niyyətlərini kilsə tikintisi ilə dilə gətirir”.
Analitik onu da əlavə edib ki, Kəlbəcərdəki Zod qızıl yatağının istismarı ilə bağlı hələ də qeyri-müəyyən təsəvvürlər mövcuddur, Rusiya isə iqtisadi maraqlarını burada da müəyyənləşdirmək yolunda baş sındırır:
“Niyə? Rusiyanın sanksiyalara qarşı immunitetlərindən biri də qızıl ehtiyatlarıdır, Moskva qızıla alternativ valyuta kimi böyük dəyər verir.
İndi sual olunur: İqtisadi tablosunda qızılın ağırlıq təşkil etdiyi Rusiya Zod qızıl yatağından əlini üzə bilərmi? Real görünmür, ən azından indiki şərtlər altında.
Fikirlərimizdən gələ biləcəyimiz nəticə budur ki. Rusiya sülhməramlıları ərazilərdən çıxsa belə, Moskva başqa “ordu” ilə maraqlarını təmin edəcək.
Rusiya bu planlarla maraqlarının gələcək qorunması üçün “qızıl orta” yaradır...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm