“KÜR” qəzeti bir ilkə imza atdı
Banuçiçək Kalbalıyeva
11:22 29.03.2020
Aktual
1216
“Kür” region qəzetləri içərisində dövriliyinə və tirajına görə fərqlənən mətbu orqandır. Hər zaman ölkə başcısının uğurlu daxili və xarici siyasətini oxuculara çatdıran, nəşr edildiyi bölgənin həyatının güzgüsü rolunu yerinə yetirən qəzetin kollektivi Covid-19-la mübarizəyə başlanan ilk gündən Şəhər İcra Hakimiyyətində yaradılmış Qərargahın həyata keçirdiyi bütün tədbirlərin təbliğatçısına, iştirakçısına çevrilmişdir.
Məhz bu günlərdə “Kür” qəzetinin koronavirusla mübarizə istiqamətində rayonda görülən operativ tədbirlərə, virusdan qorunmağın vacibliyinə, profilaktikasına həsr olunmuş xüsusi bülleteni xəstəliklə mübarizədə özünəməxsus təbliğat materialı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri xüsusi buraxılışda manşetə çıxarılmışdır.
”Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir”.
Günün əsas şüarlarının əks olunduğu “Bəşəriyyət və insanlıq naminə evdə qal”, “Evdə qal və bu sınaqdan üzüağ çıx”, ”Müddətli qadağalara əməl edək ki,müddətsiz evdə qalmağa məcbur olmayaq” çağırışları altında Nazirlər Kabinetinin xüsusi karantin rejimi barədə qərarının, Yevlax Şəhər İcra Hakimiyyətinin sakinlərə müraciətinin, virusla bağlı bilinməsi vacib məsləhətlərin,Yevlaxda həyata keçirilən işlərin, yerli polis əməkdaşlarının, tibb işçilərinin, YAP könüllülerinin, bir sıra əlaqədar təşkilatların bu kampaniyadakı rolunun əks olunduğu materialların, bunlarla bağlı sakinlərin rəylərinin yer aldığı bülleten, həm də şəkillərlə diqqət çəkir.
- Bütün dünyanı lərzəyə salan,ölkələrdə həyat ritmini pozan yeni növ COVİD-19-a qarşı mübarizə bu gün hər bir insanın vəzifəsinə çevrilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında şəhərimizdə bu istiqamətdə kifayət qədər çox işlər görülür və müntəzəm surətdə davam etdirilir.
Hamımız şahidik ki,pandemiyaya qarşı mübarizədə medianın rolu böyük və əvəzsizdir. Odur ki,biz də kənarda qalmadıq və bütünlüklə virus,ondan qorunma yolları,qarşısının alınması məqsədilə rayonda həyata keçirilən işlər haqqında materialların yer aldığı 2000 nüsxədən artıq xüsusi bülleteni hazırlayıb könüllülərin köməyi ilə şəhərdə evlərə, qəsəbə və kəndlərə çatdırdıq, - deyən qəzetin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı onu da bildirmişdir ki, qəzetin əməkdaşları bu istiqamətdə maarifləndirici işləri davam etdirəcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət