"Kütləvi ölüm sayını gizlətmək mümkün deyil" - Partiya təmsilçisi
Turan
13:31 02.04.2020
Aktual
1091
"Koronavirus pandemiyası ilə bağlı təhlil və şərhlər verərkən ehtiyatlı olmaq lazımdır".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bəyan edib ki, bu cür şayiələr müəyyən fəsadlara gətirib çıxara bilər:
"Bəzi provakatorlar iddia edirlər ki, guya Azərbaycanda virusdan ölüm sayı gizlədilir. Mən anlamıram ki, bu adamlar hansı məntiqlə belə iddia ilə çıxış edirlər. Bu sayaq məlumatı yaymaq üçün ilk növbədə sübutlar olmalıdır. Bu gün bütün dünya şəffaflıq içərisindədir. Baş vermiş hər hansı bir hadisə nə qədər ciddi-cəhdlə gizlədilməyə çalışılsa da, ən qısa müddətə gerçək ortaya çıxır. Hər kəsin əlində canlı yayıma imkan verən alətlər var. Sosial şəbəklərin bu qədər aktiv olduğu bir şəraitdə kütləvi ölüm sayını və ya hər hansı bir qlobal hadisəni uzun müddət gizlətmək mümkün deyil".
Analitikə görə, bundan başqa beynəlxalq qurumlar qarşısında götürdüyümüz ciddi öhdəlikləri var:
"Bu hadisə Azərbaycanın daxili işi deyil. Koronavirus təhlükəsi ÜST tərəfindən elan olunmuş pandemiyadır. Bu isə o anlama gəlir ki, baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Əgər hər hansı saxta məlumat verən ölkə olarsa, ona qarşı çox ciddi tədbirlər görülə bilər. Təsəvvür edin, Avropa və ABŞ insan həyatını qurtarmaq üçün trilyonlarla pul xərcləyir, ancaq hansısa dövlət virusdan ölənlərin sayını gizlədir. Bu məsuliyyətsizliyi edənləri ən yaxşı halda birbaşa həbs edib beynəlxalq məhkəməyə verərlər. Ona görə də belə məqamlarda kifayət qədər həssas olmaq şərtdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə