"Məktəbə qayıdacağım günü səbirsizliklə gözləyirəm" - Məktəbli Prezidentinə inanır
15:41 26.04.2020
Aktual
554
Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.
Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Sherg.az xəbər verir ki, Biləsuvar rayonundan şagird İsmayıl Əlili yazır:
“Möhtərəm cənab Prezident, mən Biləsuvar rayon 4 saylı orta məktəbin 8-ci sinif şagirdiyəm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirlər müsbət nəticələrini göstərməkdədir. Məktəblilər evdə qalsalar da, dərsdən qalmırlar. Təhsilimizi onlayn formada davam etdiririk. Bu, bizim üçün bir təcrübə oldu. Ancaq məktəb üçün çox darıxmışam. Məktəbə qayıdacağım günü səbirsizliklə gözləyir və bunun həvəsi ilə yaşayıram. Əminəm ki, Siz tezliklə bu həsrətimizi sona çatdıracaqsınız. Koronavirus təhlükəsi birdəfəlik aradan qalxacaq və biz şagirdlər əvvəlki günlərə qayıdacağıq. Orta məktəb şagirdi olaraq, bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, məktəbə qayıtdıqdan sonra dərslərimə məsuliyyətimi daha da artıracağam. Sizi çox istəyirəm, mənim əziz Prezidentim!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya