"Mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti “Xəyanət İttifaqı” adlandıra biləcəyimiz bu yığnaqda yer alanların hamsını bir-bir üzə çıxaracaq və onlar qanun qarşısında cavab verəcəklər".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, üzünü xalqımıza tutub soruşmaq istəyir:
"Bu “Xəyanət İttifaqı”, oradakı adları bəllilərin bir vaxtlar örtülü və açıq şəkildə dəstəklədikləri başqa bir yığnaqdakılar, yəni “Milyarderlər İttifaqı”ndakılar 44 günlük savaşı qoyuram qırağa, əgər istəsə idilər belə İlham Heydər oğlu Əliyevin savaş sonrası atdığı addımlardan bircəciyinə cəsarət edəcəkdirlərmi? Hələ demirəm ki, onlarda bu bacarıq varmı? Yəqin razısınız ki, sual yenə ritorikdir. “Xəyanət İttifaqın”a cəlb edilən ünsürlərdə uzaqgörənlik olsaydı, üz tutduqları, marağına uyğun çıxış etmək öhdəliyi götürdükləri mərkəz onların məkrli planı haqda özü xəbər verməzdi. Çünki həmən mərkəz Azərbaycan xalqının cənab İlham Əliyevə necə yanaşdığını da, dövlət çevrilişi hazırlayanların bunu bacarmayacaqlarını və planlarının tezliklə üstünün açılacağını da gözəl bilirdi".