Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər dövlət rüsumu ödəməkdən azad edilib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.