Müharibə dövrü həqiqət anı idi
Müharibə dövrü həqiqət anı idi
Yusif Nəzərli
11:00 30.10.2021
Aktual
382
Xalqımız Türkiyənin verdiyi dəstəyi unutmayacaq
“Azərbaycan-Türkiyə münasibətləri, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır”. Bu sözləri millət vəkili Ramin Məmmədov deyib. Deputat bildirib ki, xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi 21-ci əsrdə dünyaya eyni pəncərədən baxmağımızdır: “Azərbaycan və türk xalqları ədalətin, sülhün, sabitliyin, əməkdaşlıq və rifahın hökmranlıq etdiyi bir dünyada yaşamaq istəyir.
Beynəlxalq siyasətdə, iqtisadi müstəvidə və digər sahələrdə bu qədər yaxşı anlaşmağımızın əsas səbəbi də məhz bundadır. Çünki dünyada mədəni, dini, etnik kökləri bənzər olan xalqlar, dövlətlər çoxdur, lakin onların heç biri bizim qədər biri-birinə yaxın deyillər. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini fərqləndirən ən başlıca amil elə bundan ibarətdir”.
Deputat xatırladıb ki, 1915-ci ildə Çanaqqalada Türkiyənin azadlığı uğrunda canlarından keçmiş minlərlə həmvətənimiz, 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti və təhlükəsizliyi naminə həyatını qurban vermiş türk əsgərlərini biri-birindən ayırmamağımızın yeganə səbəbi yalnız eyni dildə danışmağımız deyil: “Onların hər biri bizim üçün ona görə əzizdirlər ki, millətlərimizin ortaq amalı olan ədalət uğrunda şəhid olublar. Ötən ilin sentyabrında başlayan Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi dəstəyin fəlsəfəsində də məhz ədalət, sülh anlayışı dayanır. Biz yalnız iki qardaş deyil, həm də eyni amal uğrunda mübarizə aparan iki müttəfiq millətik. Bu ittifaqı yeni bir səviyyəyə qaldıran 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin sabit, təhlükəsiz və tərəqqi edən Cənubi Qafqaz görmək arzusunun ifadəsidir. İki qardaş ölkənin birgə səyi ilə fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi isə yalnız Azərbaycan və Türkiyənin deyil bütün region xalqlarının həyatında dəyişikliklər mərhələsinin başlanmasına səbəb olacaq”.
Parlament üzvü qeyd edib ki, xalqımız bəzi “dostlarımızın” bizdən üz döndərməyə hazır olduğu Vətən müharibəsi günlərində Türkiyənin verdiyi dəstəyi unutmayacaq: “Prezidentin də müharibə dövründə qeyd etdiyi kimi, bizim üçün o günlər həm də həqiqət anı idi. Hesab edirəm ki, bu tarixi məqamda Türkiyənin nümayiş etdirdiyi mövqe bizim münasibətlərimizin bütün mahiyyətini və məzmununu çox dəqiq ifadə edir.
Türkiyə Prezidentinin Azərbaycana bu günlərdə etdiyi səfər bir daha göstərdi ki, bizim birliyimiz əbədi və sarsılmazdır. Çünki bu birliyin hədəfində hansısa üçüncü xalqlar və dövlətlər yox, sülh, sabitlik, təhlükəsizlik və rifah dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq