Naxçıvanda ötən həftə keçirilən hərbi təlimlər erməniləri təşvişə salıb
15:53 20.04.2020
Aktual
479
Ötən həftə Naxçıvan Qarnizonu Qoşunlarının keçirdiyi komanda-qərargah təlimi işğalçı Ermənistan ictimaiyyətini təşvişə salıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ermənilərin “razm.info”, “hayknews.com”, “hayeli.am” və “7or.am” portallarında bununla bağlı yayımlanan məqalələrdə Naxçıvanda keçirilən həmin təlimin Ermənistan ictimaiyyətində narahatlıq yaratdığı bildirilib. Vurğulanıb ki, mürəkkəb relyefli ərazidə tank və ağır artilleriya bölmələrinin, zenit qurğularının praktik atışları, şərti düşmən mövqelərinə aviazərbələrin endirilməsi təlimin əhəmiyyətini təsdiq edən mühüm faktlardır. Keçirilən təlimlərin intensivliyinin Əlahiddə Ümumqoşun Orduya yüksək döyüş təcrübəsi qazandırması işğalçı ölkə ictimaiyyətində ümidsizliklə qarşılanıb.
Fotoların yer aldığı məqalələrdə 2020-ci il aprelin 4-də Naxçıvanda artilleriya bölmələri ilə keçirilən gecə şəraitində döyüş atışlı taktiki təlimlərdən də bəhs olunub. Vurğulanıb ki, keçirilən təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən istifadə olunması, gecə döyüşləri və taktiki yeniliklər xüsusilə diqqətçəkicidir. Bu, dünyanın qabaqcıl ordularına xas olan yeniliklərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya