Cənub Qaz Dəhlizi (CQD) böyük gəlirlər gətirən strateji layihədir.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, CQD uzun müddətli və strateji layihədir və ona qoyulan sərmayələr qeyri qayıtmaqdadır.