Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
Norveçli səyyah: Qarabağın nəhəng turizm potensialı var
10:51 03.05.2024
Aktual
569
"Üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Buranı sevirəm. Bura çox gözəldir".
APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Jorn Augested deyib: “Azərbaycanda çox fərqli Qafqaz mətbəxi var. İnsanları səmimidir, təbiət isə çox gözəldir”.
Azad edilmiş ərazilərə bir il öncə səfər etdiyini deyən səyyah ötən müddət ərzində çox böyük dəyişikliklərin olduğunu bildirib: “Görürəm ki, böyük binaların inşasına başlanıb. Bir çox tikinti işləri isə tamamlanıb. Bütün bunların cəmi bir il ərzində olması çox təqdirəlayiqdir”.
Səyyah azad edilmiş ərazilərdəki mina probleminin olduqca narahatlıqverici olduğunu qeyd edib: “Səyahət etdiyimiz demək olar ki, hər yerdə mina xəbərdarlığı işarələri var idi. Sabah minalarla bağlı, onların təmizlənməsi ilə bağlı daha ətraflı öyrənmək imkanımız olacaq. Bu bizim üçün çox maraqlı olacaq”.
Jorn Augested gözəl mənzələrə malik Qarabağın nəhəng turizm potensialı olduğunu vurğulayıb.
“Vagaclub”un heyətində təmsil olunan digər səyyah Ole Vegard isə bildirib ki, Azərbaycan onun səyahət etdiyi 44-cü ölkədir və buradakı təcrübəsindən məmnundur:
“Səyyah kimi dünyanı gəzirəm, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış oluram. Bu, çox həyəcanvericidir. 5 il ərzində 44 ölkə gəzmişəm. Azərbaycan səfər etdiyim 44-cü ölkədir. Burada çox marqlı təcrübələr əldə etdik, emosiyalar müsbətdir”.
Norveçli səyyah azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini təqdir etdiyini deyib.
“Bu ərazilərdə qısa müddətdə binaların tikildiyini, məktəblərin, hava limanının inşa olunduğunu gördük. Bütün bunlar bu ərazilər üçün çox böyük, gözəl addımlardır”, - səyyah deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm