Noyabrda liderlərin görüşü gözlənilmir
Yusif Nəzərli
08:58 06.11.2021
Aktual
751
Proses nə qədər uzansa da, Ermənistanın sülh sazişinə gəlməkdən başqa çıxış yolu yoxdur
İrəvan prosesi uzatmağa çalışır, amma prosesin uzanması Rusiyanın regional maraqlarına uyğun deyil
“Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hər hansı görüşün keçiriləcəyi ilə bağlı məlumat yoxdur”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir müharibədən sonra Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşdüyünü xatırladıb. XİN rəhbəri gələcəkdə hər iki ölkə liderinin görüşünün mümkünlüyünü də istisna etməyib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib ki, 9 noyabr tarixi Paşinyan hakimiyyətinə də sərf edən məqamdır. Çünki ötən il 9-10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atdı və bu, hakimiyyətə qarşı təbliğatın əsas istiqamətini təşkil edir:
"Paşinyan kapitulyasiya aktının ildönümündə sərhədlərin müəyyənləşməsi ilə bağlı sənədi imzalamaqla ötənilki məğlubiyyətini ən azı arxa plana keçirə bilər. Bu baxımdan, sərhədin delimitasiyasının Ermənistanın əleyhinə olmadığı rəyi yaradılır. Burada xəritələr önəmlidir. Ermənistan tərəfi 1920-ci illərin xəritəsinə əsasən sərhəd müqaviləsi imzalamaqda maraqlıdır, konkret, 1926-29-cu illərin xəritələri. Həmin xəritələrdə Azərbaycanın Zəngəzurla sərhəddə yerləşən ərazilərinin otlaq və əkin üçün Ermənistan SSR-yə verilməsi təsdiqlənib. O cümlədən, həmin vaxt “Dağlıq Qarabağ Muxtar Respublikası” mövcud idi. Ermənistan həm Qarabağın “statusunu” gündəmdə saxlamaq, həm də Ermənistan SSR-yə verilən əraziləri özündə saxlamaqla bunu “qələbəyə” çevirmək istəyir və bu “qələbənin” məhz 9 noyabr tarixində olması Paşinyana sərf edir. Fikrimcə, bu tarixin ortaya atılması daha çox təbliğata hesablanmış addım idi. Lakin həmin tarixdə görüşün keçiriləcəyi ehtimalı çox azdır. Görüşün olacağı məlumdur, hər iki tərəf, o cümlədən, Rusiya bunu təsdiqləyir, prosesin uzanmasının bir neçə səbəbi var. Birincisi, sərhədin hansı xəritələr üzərində müəyyənləşməsi ilə bağlı razılıq əldə olunmayıb. İkincisi, Azərbaycan yekun sülh sazişinin imzalanmasını, yəni qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını istəyir. Ermənistan isə sərhədin müəyyənləşməsi və kommunikasiyanın açılmasına razıdır, amma Qarabağla bağlı iddialarından əl çəkmək istəmir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirdi ki, baş nazir müavinlərinin üçtərəfli görüşü noyabrın 29-da keçiriləcək. Bu o deməkdir ki, liderlərin noyabr ayında görüşəcəyi xəbəri doğru deyil, çünki xəritələr və kommunikasiyaların açılması məsələsinin detalları baş nazir müavinlərinin iştirak etdiyi İşçi Qrupu tərəfindən dəqiqləşməli, ondan sonra masaya qoyulmalıdır".
Analitik əlavə edib ki, proses nə qədər uzansa da, Ermənistanın sülh sazişinə gəlməkdən başqa çıxış yolu yoxdur: "İrəvan prosesi uzatmağa çalışır, amma prosesin uzanması Rusiyanın regional maraqlarına uyğun deyil. Bu baxımdan, qarşıdakı aylarda masaya gəlməyə məcbur olacaq və Azərbaycanın şərtləri çərçivəsində müqavilə imzalamalı olacaq. Prezident İlham Əliyevin sonuncu çıxışında “Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcək” sözləri də bunu deməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə