“Dəmir yolunun şərqdən qərbə davamlığı ilə bağlı vacib xüsusiyyət var. Bizim istək və fikrimiz odur ki, yüklər Azərbaycan vasitəsilə Mehriyə, oradan da Naxçıvana daxil olur, daha sonra yol Yerasx və Axurik vasitəsilə Türkiyə sərhədinə qədər davam edir. Bərpa üçün çox qısa bir hissə qalıb və artıq bunun üzərində işləməyə başlamışıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, Türkiyədə Qarsdan Naxçıvana dəmir yolunun tikintisi başlayıb:
“Bizim mövqeyimiz belədir: Vaşinqtondakı sülh sammiti kimi qlobal dönüş bu imkanı verir ki, burada bir neçə milyard dollar xərcləmədən eyni marşrutu Axurik-Yerasx xətti ilə təmin etmək mümkün olsun. Əlbəttə, bu istiqamətdə işləyirik, belə bir anlayış və razılaşma yaratmaq məqsədilə”.