Politoloq: “Yengəsi Ramiz olanın, axırı belə olmalı idi”

"“Caliber” teleqram kanalının məlumatına görə, AXCP sədri Ə.Kərimliyə ARCM-nin 278.1 maddəsi ilə cinayət işi açılıb".

Sherg.az xəbər verir ki, bunu Politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, R.Mehdiyevin hakimiyyət hikkəsinin təsadüfi olmadığı artıq öz təsdiqini tapdı:

"İşin faciəsi ondadır ki, özünü müxalifət lideri elan edən birisi hakimiyyətin ən təhlükəli məmuru ilə siyasi birlik yaradıb. Hələ çox məsələlər işıq üzünə çıxacaq. DTX-nın ən böyük xidmətlərindən biri də o oldu ki, “ana müxalifətin” atasının kimliyi 30 ildən sonra məlum oldu. “Yengəsi Ramiz olanın, axırı belə olmalı idi”. Ə.Elçibəyə xəyanət edən, onun milli siyasətinə kölgə salan, partiyanı parçalayan Ə.Kərimli olduğu indi tam məlumdur. Elçibəy barədə ittihamlarımı götürüb Əlinin üzərinə göndərirəm. İnanıram ki, Bəyin ruhu məni əfv edəcək. Ruhun şad olsun Bəy".