Prezident İlham Əliyev digər dünya liderlərinin bacara bilmədiyini bacardı - Bolqarıstanın sabiq Prezidenti
07:32 09.11.2021
Aktual
548
Azərbaycan Prezidenti İlham Əliyev dünyada digər liderlərin bacara bilmədiyi qeyri-adi bir işi bacardı. Prezident İlham Əliyev donmuş münaqişəni həll etməyi, ədaləti bərpa etməyi bacardı, BMT-nin 30 il ərzində icra edilməyən qətnamələrini yerinə yetirdi.
Bunu Trend-ə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.
R.Plevneliev bildirib ki, Azərbaycan ordusu Ermənistanın hərbi gücünü demək olar ki, məhv etdi:
“Azərbaycan ordusu bundan da artığını edə bilərdi, daha da irəli gedə bilərdi, lakin qarşı tərəfə şans vermək üçün dayandı. Azərbaycan ordusu çox çevik hərəkət etdi və öz vəzifəsinin öhdəsindən layiqincə gəldi”.
Sabiq prezident vurğulayıb ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmədi və ədalətsizlik davam edirdi:
“Bu gün biz çox qürur duyuruq ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı bu ədalətsizliyi aradan qaldırmağı, uzun müddətli bir münaqişəni beynəlxalq qanunlar və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll etməyi bacardı. Biz Azərbaycanı təbrik edirik. Bu gün dünyada çoxlu sayda donmuş münaqişələr var. Azərbaycan öz ərazisində donmuş münaqişəni həll etməklə qlobal baxımdan çox əhəmiyyətli bir iş gördü və hər kəs üçün yaxşı bir nümunə göstərdi”.
R.Plevneliev bildirib ki, Azərbaycan Ermənistanla gələcək sülh razılaşması üçün əsaslar yaradıb:
“Gec-tez sülh razılaşması əldə edilməlidir. Biz Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə geri dönməyə, qanunlara əsaslanan yanaşma nümayiş etdirməyə, Azərbaycanla əməkdaşlıq etməyə çağırırıq”.
O əlavə edib ki, bu münaqişənin həll edilməsi regionun inkişafı üçün yeni imkanlar yaradıb:
“Biz Qarabağdakı dağıntıları gördük, bir ev belə salamat qalmayıb. Ermənilərin məscidləri, mədəni irsi, evləri tamamilə dağıtması heç bir ədalətə sığmır. Lakin indi Azərbaycan həmin əraziləri modernləşdirir, yeni yollar çəkir, şəhərlərin yeni baş planlarını hazırlayır. Biz yeni şəhərlər görəcəyik. Qarabağ üçün çətin günlər arxada qalıb. İndi Qarabağı müasirləşmə, inkişaf və sülh gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol