Prezident rumıniyalı səfirlə görüşdü - YENİLƏNİB
Yusif Nəzərli
10:59 28.10.2021
Aktual
790
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan səfir Vasile Soare deyib:
“Hörmətli cənab Prezident, icazə verin, mənim Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməyim haqqında Rumıniya Prezidenti cənab Klaus Yohannis tərəfindən imzalanmış etimadnaməmi Sizə təqdim edim”.
Səfir Vasile Soare etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev: “Sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm. Düşünürəm ki, siz artıq yaxşı tarixə malik olan qarşılıqlı münasibətlərimizin inkişafı üçün fəal səy göstərəcəksiniz. Ümid edirik ki, həm ikitərəfli münasibətlər, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində perspektivlər bu cür yaxşı olacaq. Müzakirə ediləsi mövzular çoxdur. Əlbəttə, Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır. Uzun illər boyu Rumıniya bu əməkdaşlığın möhkəmlənməsi üçün ən fəal rollardan birini oynayıb. Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur. Fikrimcə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur. Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik. Sizə Azərbaycanda vaxtınızın yaxşı keçməsini və fəal işləməyinizi arzu edirəm”.
Səfir Vasile Soare: “Təşəkkür edirəm, cənab Prezident. Həqiqətən, Rumıniyanın Azərbaycanda səfiri təyin edilməyim mənim üçün böyük şərəfdir. Mən bu istiqamətdə uzun illər boyu işləmişəm. Bundan əvvəl Qazaxıstanda və Rusiya Federasiyasında səfir olmuşam. Uzun illər boyu Azərbaycan ilə münasibətlərə kuratorluq etmişəm, bütün tədbirlərimizi ən yüksək səviyyədə təşkil etmişəm. Bir faktı gizlətmirəm ki, 2009-cu ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmçinin Fəaliyyət Planının və bu mühüm sənədə daxil edilmiş layihələrin hazırlanmasında bilavasitə iştirak etmişəm”.
11:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol