Prezidentin köməkçisi: Qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır
15:04 16.04.2020
Aktual
540
Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar zəruri tədbirlər görülür. Hazırda ölkəmizin aidiyyəti qurumlarının rəyləri, təklifləri, o cümlədən sanitar-epidemioloji vəziyyət təhlil edilir. Bunun əsasında da karantin rejiminin uzadılması və onun qaydaları ilə bağlı qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, qərar verilərkən dünyada gedən proseslər də nəzərə alınır. Azərbaycanda vəziyyətin müsbət istiqamətə doğru getməsi heç də dünyada vəziyyətin belə olması demək deyil. Bu, o deməkdir ki, infeksiyanın yenidən xaricdən idxal olunması halları baş verə bilər. Karantin rejiminin həyata keçirilməsi avtomatik xarakter daşımır. Burada əsas məqsəd vətəndaşların sağlamlığıdır.
Prezidentin köməkçisi dövlətimizin həyata keçirdiyi zəruri və qabaqlayıcı tədbirlər nəticəsində epidemioloji vəziyyətin nəzarət altında olduğunu da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya