"İmperiya qüvvələrinə daxildə ziddiyyət yaratmağa imkan verməməliyik"
"Qarabağ problemi həll olunub, indi milli birliyimizi qorumağa çalışmalıyıq"
"Təhlillər onu göstərir ki, Kremlin iştirakı (Ramiz Mehdiyevin komandası üzərindən) və təhriki ilə Azərbaycan cəmiyyəti siyasi burulğana çəkilir".
"Sherg.az"ın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
Professor bildirib ki, təəssüflər olsun, buna çoxları, istər fikir adamları, dünyagörmüş insanlar, milli kəsim, istərsə də hakimiyyət nümayəndələri inanmaq istəmirlər:

"Qarşılıqlı ittihamlar baş alıb gedir. Milli kəsim Ramizgeyt şousu ətrafında ruspərəst qüvvələrin basqısına məruz qalır. Nəticədə cəmiyyət parçalanır, qütbləşir, sanki Gürcüstan yolunu gedirik və gələcəkdə Rusiya bundan yararlanmağa çalışacaq. Qarabağ problemi həll olunub, indi milli birliyimizi qorumağa çalışmalıyıq, imperiya qüvvələrinə daxildə ziddiyyət yaratmağa imkan verməməliyik".