Putinin bəyanatı reallığa söykənmir
Yusif Nəzərli
13:20 20.11.2021
Aktual
407
Qarabağda rus sülhməramlılarının sayını artırmağa ehtiyac duyulmur
Hazırkı durumda Rusiya hərbçiləri yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşdirilə bilər
Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var. Bu fikri Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Rusiya XİN kollegiyasının iclasında söyləyib. Putin xatırladıb ki, Rusiyanın vasitəçiliyi ilə "Dağlıq Qarabağda münaqişə" bir il bundan əvvəl dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmalar göstərib ki, regionda vəziyyət hələ tam sakitləşməyib:
“Stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbat var”. Rusiya rəhbərinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artır. Kreml rəhbəri əlavə edib ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb: “Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Rusiya daxil olmaqla, regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.
Rusiya rəhbərinin açıqlamasını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Vətən müharibəsindən bir il ötməsinə baxmayaraq, kommunikasiyaların açılması və sülh sazişinin bağlanması ləngidilir. Analitikə görə, sülhməramlıların başlıca vəzifəsi bölgədə 5 il müddətində qalaraq üçtərəfli sazişin bəndlərinin icra edilməsinə yardım etməkdir:
“Amma Rusiyanın bu yöndə fəaliyyəti çox zəifdir. İndiyə qədər Rusiya rəsmilərinin bəyanatları ümidverici olsa da, reallıqda ortada nəticə yox idi. Putin sonuncu insidentlə bağlı çıxış edərkən “bölgədə Rusiya hərbçilərinin sayının artırılmasının vacibliyindən” danışması narahatlıq doğursa da, heç bir hüquqi əsası yoxdur. Azərbaycan ərazisində yerləşən Rusiya hərbçilərinin sayı və qalma müddəti konkret imzalanmış sazişlə tənzimlənir. Onun fəaliyyətinə Türkiyə-Rusiya birgə monitorinq qüvvələri tərəfindən nəzarət edilir. Hazırkı durumda Rusiya hərbçiləri yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşdirilə bilər. Lakin Ermənistanla sərhədlərimizin demarkasiyası prosesi olmadığından Rusiya qoşunlarının hansı mövqedə dayanacağı qeyri-müəyyəndir. O səbəbdən Putinin bəyanatının reallaşacağı mümkünsüzdür”.
V.Əfəndiyev vurğulayıb ki, ilk növbədə 10 noyabr sazişində əks olunan tələblər bütünlüklə yerinə yetirilməlidir:
“Bu baş verərsə, o zaman Rusiyanın bölgədə üstünlüyü azalacaq. Təbii ki, belə vəziyyət Moskvanı qane etmir. Heç Ermənistan da Rusiyanın daha çox müstəmləkəsinə çevrilməyə meyilli deyil. Bu ilin əvvəlində Avropa İttifaqı Zəngəzurun inkişafı üçün 1,5 milyard dollar yardımın ayrılmasına qərar versə də, bunun reallaşması üçün müəyyən şərtləri var. Aİ-nin bölgəyə diqqəti həm də Ermənistanı Rusiyadan daha az asılı etmək məqsədi daşıyır. Hazırda Rusiya iqtisadiyyatının Zəngəzurun infrastrukturuna böyük həcmdə maliyyə ayırmaq imkanları yoxdur. Buna baxmayaraq, Kreml Zəngəzura tam nəzarət etmək imkanlarını əldən vermək istəmir. Avropa İttifaqının ayırdığı 1,5 milyard dəstək yalnız o zaman həyata keçəcək ki, Paşinyan Avropa ilə Rusiya arasında seçim etmiş olsun. Zəngəzura Rusiyanın tam nəzarəti olarsa, Aİ-bu yardımdan heç nə qazana bilməyəcək. İndiki dövrdə isə heç bir qurum “qara qaşa, qara gözə” görə yardım etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya