Qarabağ erməniləri bu qışdan sağ çıxmaq üçün Bakıdan mərhəmət umur - Əziz Əlibəyli
10:28 05.12.2021
Aktual
1108
Ermənistandan Xankəndinə çəkilmiş qaz xətti də sıradan çıxıb
“Soçi görüşündən sonra maraqlı hadisələr baş verib. Həmin görüşdən sonra Qarabağdakı separatçıların əski parçaları və Ermənistanın bayraqları yığışdırılıb”.
“Sherg.az” xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Siyasi təhlilçi bildirib ki, İrəvanın tələbi ilə separatçıların mövqelərində, habelə binaların üzərində asılmış bütün Ermənistan bayraqları, habelə separatçılara məxsus əski parçası yığışdırılmağa başlanılıb:
“Erməni mediası yerli hökumətə istinadən yazır ki, buna səbəb Soçidə Azərbaycan tərəfinin tələbidir: “Azərbaycan Prezidenti Soçidə birmənalı qaydada bəyan edib ki, əgər Ermənistan və Qarabağ bayraqları yığışdırılmasa, bunu məcburi qaydada həyata keçirəcəklər. Hətta bayraq asılan bütün mövqelər atəşə tutulacaq. Ermənistan hökuməti görüşdən dərhal sonra bu barədə göstəriş verib və dünəndən etibarən bayraqlar yığışdırılıb”. Daha sonra Qarabağdakı separatçılar Bakıya rəsmi müraciət ediblər. Məlumata görə, müraciət təbii qazla bağlı olub. Bakıdan bu qışdan çıxmaq üçün onlara təbii qaz verilməsi xahiş edilib. Qeyd edək ki, uzun illər işğal altında olan torpaqlarımızda yaşayan ermənilərin qaz təhcizatını Ermənistan həyata keçirib. Lakin müharibədən sonra, xüsusən də Qafan-Gorus yolu bağlandıqdan sonra Ermənistanın özündə də ciddi sıxıntılar yaranıb. Rəsmi İrəvan bəyan edib ki, Rusiyadan alınan təbii qaz daxili təlabatı ödəmək üçün yetir. Bundan başqa, İrandan maye qaz və boru xətti ilə alınan qazın həcmində də azalma var. Buna səbəb qiymətlərin bahalaşması və logistika məsələsində yaranmış problemlərdir”.
Ə.Əlibəyli qeyd edib ki, Qarabağda yaşayan ermənilərin bir başqa problemi də ondan ibarətdir ki, Ermənistandan Xankəndinə çəkilmiş qaz xətti də sıradan çıxıb:
“Həmin kəmərin keçdiyi ərazilərin böyük hissəsi Ordumuz tərəfindən işğaldan azad edilib və xətlər də nəzarətimiz altına düşüb. Yeni qaz xəttinin çəkilməsi səbəbindən isə sözügedən qaz kəmərinin fəaliyyəti dayandırılıb. Nəticədə, elektrik enerjisi problemi ilə üzləşən separatçılar, müharibədən sonra təbii qaza olan təlabatını da ödəyə bilmir. Qafan-Gorus yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurmamışdan öncə İrandan Xankəndinə maşınlarla maye qaz daşınsa da, artıq xeyli müddətdir bu proses də dayanıb. Rəsmi Bakının Xankəndidəki separatçılara hansı cavab verəcəyi barədə dəqiq məlumat yoxdur. Hətta bu mövzu ilə bağlı hər hansı açıqlama belə verilmir. Eyni zamanda, Azərbaycan hökuməti separatçıların təbii qazla bağlı müraciətinə müsbət və ya mənfi cavab verəcəyi barədə də hər hansı bir ehtimal mövcud deyil. Yəqin ki, bunun qarşılığında nələrsə tələb olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm