“Qaydanı pozmusansa, cəriməni ödəməlisən”- Keçmiş polis rəisi
Banuçiçək Kalbalıyeva
13:13 14.04.2020
Aktual
732
Koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün qoyulan qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan edilməsidir. Daxili İşlər Nazirliyinin əməkdaşları bu qaydanı pozanlara qarşı cərimə tətbiq edirlər.
Əksər şəxslər İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunurlar. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.
Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəm” reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan rəylərdən görünür ki, bu fikirlə razılaşanlar az deyil. Yaxşı, əgər ödənməyəcəksə cərimə nəyə lazımdır? Yəni, doğrudan da, cəriməni ödəməmək vətəndaşın ovqatından asılıdır?
Məsələ ilə bağlı “Sherg.az”a danışan keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, cəriməni ödəməyin zəruriliyini başa düşmək üçün xüsusi bilik tələb olunmur:
“Buna görə hüquqi maarifləndirməyə ehtiyac yoxdur. Əgər qaydanı pozmusansa, ona adekvat şəkildə cəriməni ödəməlisən. Cəriməni ödəmədiyin təqdirdə nə olacağı isə sonrakı məsələdir”.
M. Hacıyev vətəndaşların bu maddəyə etinasız yanaşmasının səbəbini də izah etdi: “Çoxları elə bilir ki, bu maddə koronavirus pandemiyası ilə əlaqədərdır. Əslində isə həmişə olub. Sadəcə , indi mövcud vəziyyətlə əlaqədar “populyarlaşıb””.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya